AQTA ilə Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
29 Aprel 2025 16:07
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib. Komissiyanın həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin iştirakı ilə keçirilən iclasın yekununda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında “Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Bitki Mühafizəsi haqqında” Beynəlxalq Konvensiyasının (IPPC) fitosanitar qaydalarına uyğun olaraq, ticarət əlaqələrinin inkişafı və ticarət müqavilələrinin həyata keçirilməsi zamanı öz ərazilərinə karantin tətbiq olunan zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, bitki mühafizəsi və karantini sahəsində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Memorandumda birgə əməkdaşlıq çərçivəsində idxal, ixrac, təkrar ixrac və tranzit zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün zəruri fitosanitar tədbirlərin görülməsi, məlumat mübadiləsi, bitki mühafizəsi və karantini sahəsində elmi yenilikləri təşviq etmək və müvafiq təcrübəni öyrənmək məqsədilə mütəxəssislərin qarşılıqlı işçi səfərlərinin təşkil edilməsi, zərərli orqanizmlərin qeydə alınması, lokallaşdırılması və məhv edilməsi ilə bağlı elmi və texniki yardım mübadiləsi, hər iki dövlətin milli qanunvericiliyinə uyğun olaraq, bitki mühafizəsi və karantini sahəsində birgə səy göstərilməsi kimi məsələlər əksini tapıb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş