İdxal olunan ərzaqlıq kartof məhsulunda zərərvericilər aşkarlanıb
29 Mart 2023 12:06
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Belarus Respublikasından “Famura RS” MMC-nin idxal etdiyi “Maşpışenrod” şirkətinə məxsus 21 ton, “Turas MM” MMC-nin idxal etdiyi “Konençenko E Q” şirkətinə məxsus 21 ton və “Vasilenok” şirkətinə məxsus 20,388 ton ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.
Oxşar xəbərlər
İsmayıllı rayonunda yerləşən alça bağında karantin tətbiq edilən qonur monilioz çürümə xəstəliyi aşkarlanıb
“Milli Monitorinq Planı”na uyğun olaraq ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə tumlu-çəyirdəkli meyvə bağlarında geniş miqyaslı monitorinqlər həyata keçirilir.
Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi məqsədilə daşınması təmin olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmışdır.
Qonur monilioz çürümə xəstəliyinə qarşı mübarizə tədbirləri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinmişdir.