İstifadəyə yararsız, qeydiyyatdan keçməmiş və etiket məlumatlarına uyğun olmayan pestisid və aqrokimyəvi maddələr aşkarlanıb
26 Sentyabr 2022 16:15
Bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, ölkə ərazisində bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri (pestisid və bioloji preparatlar) və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirilir.
AQTA və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə birgə keçirilən monitorinqlər çərçivəsində indiyə kimi 185 pestisid və aqrokimyəvi maddələrin satış yerinə baxış keçirilib. Bu obyektlərdən 60-ı pestisid, 104-ü aqrokimyəvi maddə olmaqla, ümumilikdə 164 nümunə götürülərək, keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına göndərilib.
Nəzarət tədbirləri çərçivəsində tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı, istifadə müddəti bitmiş, qeydiyyatdan keçməmiş pestisid və aqrokimyəvi maddələr aşkarlanıb. Belə ki, yoxlamalar zamanı 124 preparatın 6-nın tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı müəyyən edilib. Digər 40 nümunənin analizi isə davam edir.
Etiket məlumatlarına uyğun olmayan pestisid və aqrokimyəvi maddələr aşağıdakılardır:
Sınaq nəticələri uyğunsuz olan preparatlarla bağlı məlumat cədvəli |
|||||
Preparatın adı |
İstehsalçı ölkə |
İstehsalçı şirkət |
Sınaq aparılan parametr |
Sınaq nəticəsi |
Etiket məlumatı |
Strong-K |
Türkiyə Respublikası |
Makro Tarım İnş.Taah. Tur.Paz.San.Tic.Ltd.Şti. |
Üzvi maddənin miqdarı |
24,4.% |
40% |
Hydroponica potassium sulphate |
Türkiyə Respublikası |
"Doktor Tarsa Tarım Sanayi ve Ticaret A.Ş." |
Kalium oksid |
37,8.% |
51% |
YARA TERA CALCINIT |
Finlandiya Respublikası |
Yara Suomi Oy |
Nitrat azotu |
7,7.% |
14% |
Supermetrin N-25% EC |
İordaniya Haşimi Krallığı |
VAPCO |
Cypermetrin |
114,5 g/L |
250 g/L |
Tilt 25 EC |
İsveçrə Konfederasiyası |
"Syngenta Agro AG" |
Propiconazole |
Aşkar edilmədi |
250 g/L |
Negaban 4 |
Hindistan Respublikası |
"Modern İnsecticides Ltd" |
Chlorpyrifos-ethyl |
Aşkar edilmədi |
480 g/L |
Həyata keçirilən monitorinqlər zamanı Bakı, Şəki, Salyan, Lənkəran, Tovuz, Gəncə və Bərdə regional bölmələri tərəfindən pestisid və aqrokimyəvi maddələrin satış yerlərində ümumilikdə 124 adda (417,85 L və 404,6 kq pestisid, 24486,9 L və 3014 kq aqrokimyəvi maddə) istifadə müddəti bitmiş preparatlar müəyyən edilib.
İstifadə müddəti bitmiş preparatların aşkar edildiyi subyektlər barədə məlumat cədvəli |
||
№ |
Subyektin adı |
Subyektin ünvanı |
1 |
Qəhrəmanov Sərxan Azər oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Sahil küçəsi 23B |
2 |
Şanı Bitki Mühafizəsi |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa -Buzovna yolu |
3 |
Mirzəyev Surəddin Əbdüləli oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi |
4 |
Məmmədov Fariz İlyas oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi |
5 |
Quliyev Əbilfəz Baba oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ştq |
6 |
“EMA” QSC-nin Şəki satış yeri |
Şəki şəhəri, Oğuz şosesi |
7 |
Məmmədova Gülzar |
“Zaqatala Bazar” ASC-2, V.İsmayılov küçəsi |
8 |
Qurbanov Etibar |
“Balakən Bazar” ASC, S.Gözəlov küçəsi |
9 |
Ceyhun Dadayev |
Balakən şəhəri, H.Əliyev prospekti |
10 |
Əhmədov Seyfulla Ramazan oğlu |
Salyan rayonu, Qaraçala ŞTQ, Arx-arası kəndi |
11 |
Məmmədov Sübhan Hüseynqulu oğlu |
Salyan rayonu, Qaraçala kəndi |
12 |
Hüseynzadə Hüseyn Elxan oğlu |
Samux rayonu, Samux şəhəri, N.Nərimanov küçəsi |
13 |
İsmayılov Vahid Rəşid oğlu |
Gəncə şəhəri, "Qrand Qafqaz" ticarət mərkəzi |
14 |
Məmmədova Zahirə Cəmil qızı |
Gəncə şəhəri, "Qrand Qafqaz" ticarət mərkəzi |
15 |
Nuriyev Vahid Qurban oğlu |
Samux rayonu, Qarayeri qəsəbəsi |
16 |
Rüstəmov Elşən Tağı oğlu |
Gəncə şəhəri, Tağı-Arani küç., Kimyaçılar küçəsinin kəsişməsi |
17 |
Məmmədov Bayram İbrahimxalil |
Gəncə şəhəri, Tağı-Arani küç., döngə 1 |
18 |
Mirzəyev Faiq Mirzə oğlu |
Gəncə şəhəri, Tağı-Arani küç., döngə 1 |
19 |
Rüstəmov Şahin İbrahim oğlu |
Gəncə şəhəri, Tağı-Arani küç., döngə 1, "Gəncə Abad" ticarət mərkəzi |
20 |
Həsənov Mirdaməd Əli oğlu |
Gəncə şəhəri, Gəncə Avtomobil Bazar Kompleksi |
21 |
Abbasov Arif Nüsrət oğlu |
Gəncə şəhəri, Tağı-Arani küç., döngə 1, "Gəncə Abad" ticarət mərkəzi |
22 |
Şəbiyev Rövşən Mirhüseyn oğlu |
Cəlilabad şəhəri, Cavadxan küçəsi |
23 |
Aslanov Ənvər Əvəz oğlu |
Cəlilabad rayonu, Uzuntəpə kəndi |
24 |
Hüseynov Ramid Xudaverdi oğlu |
Şəmkir rayonu, Qədimqala kəndi |
25 |
Nağızadə Tural Rövşən oğlu |
Şəmkir rayonu, Keçili kəndi |
26 |
Nəbiyev Elnur Knyaz oğlu |
Qazax rayonu, Dağkəsəmən kəndi |
27 |
Rəhimov Zərdabi Tağı oğlu |
Ağstafa rayonu, Ağstafa şəhəri, Azadlıq küçəsi |
28 |
Həsənov Elmar Aslan oğlu |
Tovuz rayonu, Aşağı-Quşçu kəndi |
29 |
Məmmədov Rəhman |
Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi |
30 |
Məmmədova Aytac Mehman qızı |
Abşeron rayonu, Novxanı qəsəbəsi |
31 |
GREEN MART |
Göyçay şəhəri, Natavan küçəsi 49 |
32 |
Behbudov Rövşən Ziyafəddin oğlu |
Göyçay şəhəri, Natavan küçəsi 49 |
33 |
İsmayılov İntiqam Ağahüseyn oğlu |
Göyçay rayonu, bazar |
34 |
Zamanov Elbrus |
Kürdəmir rayonu, Babək prospekti |
35 |
Pirmuradov Ulfan Zəbiyulla oğlu |
Xudat şəhəri, Kənd Xudat kəndi |
36 |
Məmmədov Mais Əflatun oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
37 |
“Kin Aqrofert” MMC |
Quba rayonu, Bağbanlı kəndi |
38 |
Gülzari Rövşən Cəbrayıl oğlu |
Xaçmaz şəhəri, Bakı prospekti |
39 |
Qəribov Abgül Mirələm oğlu |
Quba rayonu, Alekseyev kəndi |
40 |
Əhmədov Ramil Alim oğlu |
Xaçmaz rayonu, bazar ərazisi |
41 |
Haxtari Elnur Sabir oğlu |
Quba şəhəri, H.Əliyev prospekti |
Eyni zamanda Şəki, Gəncə və Bərdə regional bölmələri tərəfindən keçirilən monitorinqlər zamanı 11 pestisid və aqrokimyəvi maddələrin satış yerində 9-u pestisid, 3-ü aqrokimyəvi maddə olmaqla, 12 adda qeydiyyatdan keçməmiş preparatlar aşkar edilib.
Qeydiyyatdan keçməyən pestisid və aqrokimyəvi maddələr aşağıdakılardır:
1. İran İslam Respublikasının “Zarpashimi Cova” şirkətinin istehsalı olan “VALUE PACK”;
2. Türkiyə Respublikasının “Doğal Tarım” şirkətinin istehsalı olan “Sperpon combi”;
3. Türkiyə Respublikasının “Doğal Kimya” şirkətinin istehsalı olan “Vinifill 24 EC”;
4. Türkiyə Respublikasının “Pileryum Tarım” şirkətini istehsalı olan “Piler Thiram”;
5. Hindistan Respublikasının “Modern İnsecticides LTD” şirkətinin istehsalı olan “Negaban”;
6. Almaniya Federativ Respublikasının istehsalı olan “Topez 10% EC”;
7. İran İslam Respublikasının “Astranova” şirkətinin istehsalı olan “Bordeaux Fix”;
8. Türkiyə Respublikasının “Tarkım” şirkətinin istehsalı olan “Efdal Pirinos”;
9. Türkiyə Respublikasının “Kimya Tarımcılar” şirkətinin istehsalı olan “Fully Combi”;
10. Türkiyə Respublikasının “Pileryum Tarım” şirkətini istehsalı olan “Piler İron”;
11. Türkiyə Respublikasının “Lorem” şirkətini istehsalı olan “Lorem 10.48.10+TE”;
12. İordaniya Haşimi Krallığının “Vapco” şirkətinin istehsalı olan “Supermetrin N-25% EC”.
Sınaq nəticəsi uyğunsuz çıxan preparatlar dövriyyədən çıxarılaraq möhürlənib və sahibkarlar onların toxunulmazlığının təmin edilməsi ilə əlaqədar təlimatlandırılıblar. İstifadəyə yararsız hesab olunan preparatların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı Agentlik tərəfindən müvafiq qərar qəbul ediləcək.
İstifadəyə yararsız, qeydiyyatdan keçməmiş və etiket məlumatlarına uyğun olmayan pestisid və aqrokimyəvi maddələrin fermer təsərrüfatları tərəfindən istifadəsi həmin təsərrüfatlarda gözlənilən nəticələrin əldə olunmamasına gətirib çıxarır ki, bu da fermerlərin haqlı narazılığına səbəb olur.
AQTA adıçəkilən pestisid və aqrokimyəvi maddələrin satışının qanunazidd olduğunu bildirir və fermerləri sınaqdan keçməmiş, istifadə müddəti bitmiş, qeydiyyatsız preparatları təsərrüfatlarda istifadə etməməyə çağırır.
Oxşar xəbərlər

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədləri əsasəsn bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir. Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.

Bitki sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkarlamaq məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələrin aparılması, fitosanitar ekspertizaların keçirilməsi və profilaktik tədbirlərin görülməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən fitosanitar monitorinqlər davam etdirilir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən ilkin istehsal təsərrüfatlarında keçirilmiş fitosanitar monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Müayinələr nəticəsində Şəki rayonunun Öryət və Çeşməli kəndləri ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq edilən göbələk mənşəli Qonur monilioz çürümə xəstəliyi aşkarlanıb. Monitorinq zamanı həmçinin bağçılıq təsərrüfatlarında Qəhvəyi mərmər bağacığı, Şaftalı meyvəyeyəni, Qərb çiçək tripsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericilərin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb, zərərvericilərlə mübarizə üsulları əks olunan maarifləndirici çap materialları paylanıb. Eyni zamanda təsərrüfat sahiblərinə və işçilərə pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, tətbiq reqlamenti, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə tövsiyələr verilib.