“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası”nın növbəti iclası keçirilib
10 Noyabr 2022 10:15
2022-ci ilin 31 oktyabr tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 45-ci iclası keçirilib.
Tədbirdə elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 7 adda pestisid, təkrar qeydiyyata alınan 6 adda aqrokimyəvi maddə və 42 adda pestisid olmaqla, ümumilikdə, 55 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 26 adda aqrokimyəvi maddə və 35 adda pestisid olmaqla, toplam 61 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilmiş rəylərə əsasən, ilkin qeydiyyat üçün müraciət edilmiş 35 adda (7 adda aqrokimyəvi maddə, 14 adda pestisid, 14 adda feromon tələ), təkrar qeydiyyat üçün 15 adda (7 adda aqrokimyəvi maddə, 8 adda pestisid) bitki mühafizə vasitəsi və aqrokimyəvi maddəyə məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin təkrar qeydiyyat üçün müraciət olunmuş 5 adda (pestisid) preparatın təsiredici maddəsi Agentlik Kollegiyası tərəfindən təsdiqlənməsi nəzərdə tutulan 48 adda qadağa siyahısına aid olduğu müəyyən edildiyinə görə onların təkrar qeydiyyata alınması məqbul hesab olunmayıb.
Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 41 adda preparat və 14 adda feromon tələ (siyahısı əlavə olunur) ilə bağlı imtina qərarı verilib.
Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.
Dövlət qeydiyyatına alınmış və dövlət sınağının aparılması barədə qərar qəbul edilmiş preparatların siyahısı ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınması və dövlət sınağının aparılması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
I. İlk dəfə qeydiyyata alınan pestisidlər
“AVC Qrup” MMC-nin müraciətinə əsasən Səudiyyə Ərəbistan Krallığının "Montajet Veterinary Pharmaceuticals Co. Ltd, Damman" şirkətinin istehsalı olan
1. Specialist 70% WDG
2. Spidy 20% WP
3. Proplex 16.9% SC
“SHANS” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının "ŞANS ENTERPRAYZ" şirkətinin istehsalı olan
4. Знаток, ВДГ
5. Хорист, ВДГ
6. Чистосад, КС
7. Калина КС
II. Təkrar qeydiyyata alınan aqrokimyəvi maddələr
“AMİN-Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının “Vapco (Veterinary & Agricultural Products Manufacturing Co. Ltd.)” şirkətinin istehsalı olan
1. Fertivap-Plus SP
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən İtaliya Respublikasının "Valaqro S.P.A" şirkətinin istehsalı olan
2. Kendal TE
3. MC Cream
4. Mc Set
5. Kendal Root
Fiziki şəxs Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Çin Xalq Respublikasının “Evergreen Agrochemical Co.LTD” şirkətinin istehsalı olan
6. Potassium Humat
III. Təkrar qeydiyyata alınan pestisidlər
“AMİN-Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının “Vapco (Veterinary & Agricultural Products Manufacturing Co. Ltd.)” şirkətinin istehsalı olan
1. Cypermethrin 25 % EC
2. Phoenix -5% EC
3. Vap malathion 57% EC
4. El-Toro 25% SC
5. P-Oxyride 50% WP
6. Conazole 25 % EC
7. Hanger 75% WDG
8. Spideron 10% WP
9. Vayomil 24% SL
10. Kratos 24% SC
Fiziki şəxs Əliyev Sabit Şahmar oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının "Ertar Kimya Tarım Ürünleri Ltd. Şti." şirkətinin istehsalı olan
11. Oscar 100 EC
12. Bendis
13. Colony 2 DS
14. Manifesto 24 EC
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən İsveçrə Konfederasiyasının "Syngenta Crop Protection AG" şirkətinin istehsalı olan
15. Celest Top 312.5 FS
16. Force 1.5 G
17. Bravo 500 SC
18. Insegar 25 WG
19. Arcade 880 EC
20. Maxim XL 035 FS
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Koruma Klor Alkali" şirkətinin istehsalı olan
21. Benpelle M-60
22. Koranil 50 WG
23. Korprex 500 SC
24. Korminee 400 SC
25. Kormail Plus 10 EC
26. Russo 200 EC
“EMA” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının "Avqust" QSC şirkətinin istehsalı olan
27. Biseps Qarant EC
28. Borey SC
29. Herald WSC
30. Colossal Pro MEC
31. Maqnum (WDG)
32. Metaxyl WP
33. Miura EC
34. Ordan WP
35. Şarpey 25% (ME)
36. Tanrek (WC)
37. Tornado 500 SL
38. Vial TrasT WSC
“EMA” QSC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının "İnternacional Quimica De Cobre S.A. De C.V.” şirkətinin istehsalı olan
39. Sierra 25 EC
40. Supramet 426 EC
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Ticaret T.A.Ş.” şirkətinin istehsalı olan
41. Poligor
42. Trooper 72 WP
Qeyd: Cəmi 55 adda preparat.
IV. Dövlət sınağının aparılması üçün göndərilən aqrokimyəvi maddələr
“AGRİCO” MMC-nin müraciətinə əsasən Hindistan Respublikasının "Mani Agro Chem Pvt. Ltd." şirkətinin istehsalı olan
1. Bio Magnesium Sulphate Heptahydrate 16MgO+33SO3
Fiziki şəxs Nəhmətov Elnur Ədalət oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının "Lider Gübre Tarım Üretim ve Paz. San.Tic.Ltd. Şti.” şirkətinin istehsalı olan
2. Leader Land 18-18-18+ME
3. Leader Land 16-8-24+ME
4. Leader Land 15-30-15+ME
5. Leader Land 5-5-40+ME
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Uniba Tarım San. və TİC. A.Ş.” şirkətinin istehsalı olan
6. Uni Change
7. Uniq Root 9-30-0+TE
8. Uniq Phos
9. Uniq NİT
“AGRİCO” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "İFM TARIM HAY. SAN. VE TİC.A.Ş." şirkətinin istehsalı olan
10. ORGAPELL ACTİVE S-800
11. ORGAPELL POWER ACTİVE (4.25.0 + Zn(8) + Mo)
12. ORGAPELL ANTİ SALT
13. ORGAPELL BALANCE ACTIVE (10.10.10 + ME)
14. ORGAPELL FRUIT ACTİVE (4.0.20 + AMINOASIT 5)
“AGRİCO” MMC-nin müraciətinə əsasən Polşa Respublikasının "PPC ADOB Sp.z.o.o." şirkətinin istehsalı olan
15. Bio Calsium Nitrate
“CASPİNAGRO” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Doğatech Araştırma Geliştirme A.Ş” şirkətinin istehsalı olan
16. Doğatech Stable N-36
“AGROVİTA” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Doktor Tarsa Tarım San ve Tic.A.Ş” şirkətinin istehsalı olan
17. Hydroponica Potassium Chloride (0-0-61)
“AGROVİTA” MMC-nin müraciətinə əsasən İspaniya Krallığının "Eden Modern Agriculture, S.L.” şirkətinin istehsalı olan
18. Disper Mn Sinergy
“AGRİCO” MMC-nin müraciətinə əsasən Belarusiya Respublikasının "Kompaniya BKM MMC ("OOO Komпания БКМ")” şirkətinin istehsalı olan
19. Bio Kalium Nitrat (Dr. Bio Нитрат Калия)
“SARA QRUP” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “Cənubi Ural Maqnezyum Birləşmələri Zavodu AB. (АО Южно "Уральский завод магниевых соединений")” şirkətinin istehsalı olan
20. Maqnezium Sulfat Epsomit markalı (Cyльфат Магния Марки Эпсомит)
“SARA QRUP” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “Aqrofarmeks (Агрофармекс) MMC” şirkətinin istehsalı olan
21. Sitohumat
“Xram Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Pileryum Tarım ve Gida San. Tic. Ltd. Şti.” şirkətinin istehsalı olan
22. PMED ZİNC
23. UNICHEM (15-30-15)+ME
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Ticaret T.A.Ş.” şirkətinin istehsalı olan
24. Tradite 8.21.0+(30 SO3)+ME
25. Tradite 5-8-12+(30 SO3)+ME
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Ticaret T.A.Ş.” şirkətinin istehsalı olan
26. Tradite Azot 12
V. Dövlət sınağının aparılması üçün göndərilən pestisidlər
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Ticaret T.A.Ş.” şirkətinin istehsalı olan
1. Eclipso 20 SC
“AQROSERVİS MMM” MMC-nin müraciətinə əsasən Hindistan Respublikasının “UPL Limited İndia” şirkətinin istehsalı olan
2. SHENZI 400 SC
“AGRİCO" MMC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının “Jadesheen Chemical Co., Ltd” şirkətinin istehsalı olan
3. SUNACET 20 SP
4. ACUITY 25 EC
5. GALLOPER 3 SC
“AGRİCO" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “SUNO TARIM SAN. ve TİC. A.Ş” şirkətinin istehsalı olan
6. SUNABMECT 1.8 EC
7. PERCEPTIO 250 EC
8. SUNALDA 50 EC
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Ticaret T.A.Ş.” şirkətinin istehsalı olan
9. Voce
“AVC Group” MMC-nin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının ""NEWTON CHEMICALS Co." şirkətinin istehsalı olan
10. Delta (EC)
11. Akton (WDG)
12. Capitan (WP)
13. Grover (EC)
“Xram Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Agri Sciences Tarım ve İlaç Ür. San ve Tic. LTD. ŞTİ.” şirkətinin istehsalı olan
14. Penkozol 100 EC
15. PİL-EMR
16. PİLER-AMİN
17. ROSESYL
“Aqrovita” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Ticaret T.A.Ş.” şirkətinin istehsalı olan
18. Arias (SL)
19. Affluron (SC)
20. Agrilex (EC)
21. Avexus (EC)
22. Axion (SG)
23. Beamont (EC)
24. Korazim (SL)
25. Mandate (WP)
26. Ridolaxyl (SE)
27. Safezone (EC)
28. Sphinx (WG)
29. Splash (EC)
30. Strider (EC)
31. Velomax (OD)
32. Vistro 500 SC
“Rain Fruit” MMC-nin müraciətinə əsasən İspaniya Krallığının "Campo Alboran S.L.” şirkətinin istehsalı olan
33. Ultra 80% WG
34. Fitozeb 80% WP
35. Star 10% EC
Qeyd: Cəmi 61 adda preparat.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınmaması və dövlət sınağının aparılmaması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
I. Dövlət sınağının aparılmasına imtina verilmiş aqrokimyəvi maddələr
(sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
Fiziki şəxs Nəhmətov Elnur Ədalət oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının "Lider Gübre Tarım Üretim ve Paz. San.Tic.Ltd. Şti.” şirkətinin istehsalı olan
1. Besupon 12-7-40
2. Besupon 12-40-10
“Xram Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Pileryum Tarım ve Gida San. Tic. Ltd. Şti.” şirkətinin istehsalı olan
3. PİLER İRON
4. Polimet Oksiklorür
5. Rabak Cu-Oxy
6. Ballilex
“Agro İdea” MMC -nin müraciətinə əsasən Türkiyə Respublikasının “EGE MİRACLE TARIM DIŞ.TİC.A.Ş.” şirkətinin istehsalı olan
7. EGE MIRACLE 100% Organik Sıvı
II. Dövlət sınağının aparılmasına imtina verilmiş pestisidlər
(sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“AGRİCO" MMC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının “Jadesheen Chemical Co., Ltd” şirkətinin istehsalı olan
1. ABRADE 100 EC
2. PUGNA 69 EW
3. TORPADE 480 SL
4. SUNCOPPER 50 WP
5. SUNABERON 75 WG
“AVC Group” MMC-nin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının ""NEWTON CHEMİCALS Co." şirkətinin istehsalı olan
6. Piramite
7. Gobi
8. Delta
9. Captan
“Xram Aqro” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Agri Sciences Tarım ve İlaç Ür. San ve Tic. LTD. ŞTİ.” şirkətinin istehsalı olan
10. PİLER-GİBB
“Aqrovita” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Ticaret T.A.Ş.” şirkətinin istehsalı olan
11. Dexedrin
“Rain Fruit” MMC-nin müraciətinə əsasən İspaniya Krallığının "Campo Alboran S.L.” şirkətinin istehsalı olan
12. Antitick 5%WDG
13. Tigr 80% WG
14. Compllce 25% ME
III. Dövlət sınağının aparılmasına imtina verilmiş feremon tələlər
(sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“Agro Energy” MMC-nin müraciətinə əsasən Birləşmiş Krallığın “Russell IPM” şirkətinin istehsalı olan
1. Tuta absoluta Mating Disruption
“Expert Agro Service” MMC-nin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının “Trécé, Inc.” şirkətinin istehsalı olan
2. PHEROCON ASW
3. PHEROCON BMSB DUAL
4. PHEROCON CM
5. PHEROCON CMDA COMBO – P
6. PHEROCON EGVM L2
7. PHEROCON OFM COMBO DUAL Lure A
8. PHEROCON OFM COMBO DUAL Lure B
9. PHEROCON OFM
10. PHEROCON SWD PEEL - PAK Broad Spectrum
11. PHEROCON TA
“Expert Agro Service” MMC-nin müraciətinə əsasən Moldova Respublikasının "Mezhtrans Moldova" SRL şirkətinin istehsalı olan
12. Cydia Protect
13. Tuta Protect
14. Lobesia Protect
Qeyd: Cəmi 21 adda preparat, 14 adda feromon tələ.
IV. Təkrar qeydiyyata alınmasına imtina verilən aqrokimyəvi maddələr
(sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
"Aqrokimya" MMC-nin müraciətinə əsasən İsveçrə Konfederasiyasının “Syngenta Crop Protection AG” şirkətinin istehsalı olan
1. Isabion
"Aqrokimya" MMC-nin müraciətinə əsasən İsrail Dövlətinin “Haifa Negev Technologies Ltd.” şirkətinin istehsalı olan
2. Polyfeed 20-20-20
3. Polyfeed 12-5-40
4. Polyfeed 17-09-29+1MgO
"FG Kemistri" QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “AO "Nevinnomısskiy AZOT” şirkətinin istehsalı olan
5. Avrora NKP-gübrə marka 10:26:26
6. Avrora NKP-gübrə marka 14:14:23
7. Avrora NKP-gübrə marka 23:13:8
V. Təkrar qeydiyyata alınmasına imtina verilən pestisidlər
(sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən İsveçrə Konfederasiyasının "Syngenta Crop Protection AG" şirkətinin istehsalı olan
1. Axial 50EC
2. Ouragan Forte 500 SL
“EMA” QSC-nin müraciətinə əsasən Rusiya Federasiyasının "Avqust" QSC şirkətinin istehsalı olan
3. Raiok EC
“EMA” QSC-nin müraciətinə əsasən Çin Xalq Respublikası "İnternacional Quimica De Cobre S.A. De C.V.” şirkətinin istehsalı olan
4. Sombrero
5. Sulcal
6. Valsamba
7. Valsamost
8. Valsaqlif
VI. Təkrar qeydiyyata alınmasına imtina verilən pestisidlər
(təsiredici maddəsinin qadağa siyahısına daxil edildiyinə görə)
“AMİN-Q” MMC-nin müraciətinə əsasən İordaniya Krallığının “Vapco (Veterinary & Agricultural Products Manufacturing Co. Ltd.)” şirkətinin istehsalı olan
1. De De Vap- 50% EC
Fiziki şəxs Əliyev Sabit Şahmar oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının "Ertar Kimya Tarim Ürünleri Ltd. Şti." şirkətinin istehsalı olan
2. Bustop 200 SL
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən İsveçrə Konfederasiyasının "Syngenta Crop Protection AG" şirkətinin istehsalı olan
3. Envoke 75 WG
4. Dual Gold 960 EC
“AQROKİMYA” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Koruma Klor Alkali" şirkətinin istehsalı olan
5. Dikotan M-22
Qeyd: Cəmi 20 adda preparat.
Oxşar xəbərlər

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədləri əsasəsn bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir. Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.

Bitki sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkarlamaq məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələrin aparılması, fitosanitar ekspertizaların keçirilməsi və profilaktik tədbirlərin görülməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən fitosanitar monitorinqlər davam etdirilir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən ilkin istehsal təsərrüfatlarında keçirilmiş fitosanitar monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Müayinələr nəticəsində Şəki rayonunun Öryət və Çeşməli kəndləri ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq edilən göbələk mənşəli Qonur monilioz çürümə xəstəliyi aşkarlanıb. Monitorinq zamanı həmçinin bağçılıq təsərrüfatlarında Qəhvəyi mərmər bağacığı, Şaftalı meyvəyeyəni, Qərb çiçək tripsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericilərin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb, zərərvericilərlə mübarizə üsulları əks olunan maarifləndirici çap materialları paylanıb. Eyni zamanda təsərrüfat sahiblərinə və işçilərə pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, tətbiq reqlamenti, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə tövsiyələr verilib.