Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb
15 Aprel 2021 15:30
![Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb](https://afsa.gov.az/resized/resize649/center/pages/3607/16824829194436.jpg)
![Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb](https://afsa.gov.az/resized/resize649/center/pages/3607/16824829194437.jpg)
![Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb](https://afsa.gov.az/resized/resize649/center/pages/3607/16824829194436.jpg)
![Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb](https://afsa.gov.az/resized/resize649/center/pages/3607/16824829194437.jpg)
Aprelin 15-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Qoşqar Təhməzli səfir Erkan Özoralı səmimi salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. AQTA sədri qida təhlükəsizliyi sahəsində iki qardaş ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini qeyd edib, bu istiqamətdə verdiyi töhfəyə görə Erkan Özorala təşəkkür edib.
Səfir Erkan Özoral səmimi görüşə görə təşəkkür edib, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin müvafiq dövlət qurumları arasında yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)