Şəki-Zaqatala bölgəsində aşkar edilmiş təhlükəli zərərverici ilə bağlı maarifləndirici tədbir keçirilib
14 Oktyabr 2022 15:32
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən AXA-nın yerli qurumlarının əməkdaşlarının iştirakı ilə Zaqatala rayonunun qəsəbə və kəndlərində görüşlər keçirilib.
Görüşlərin keçirilməsində məqsəd Şəki-Zaqatala bölgəsində aşkar edilmiş təhlükəli zərərverici olan qəhvəyi mərmər taxtabiti (Halyomorpha halys) haqqında fermerlərin və kənd sakinlərinin maarifləndirilməsidir.
500-dən çox kənd sakini, fermer və təsərrüfat sahiblərinin iştirak etdiyi tədbirdə qəhvəyi mərmər taxtabiti haqqında və mübarizə tədbirləri barədə geniş məlumat verilib. Zərərvericinin fenologiyasına uyğun olaraq indiki dövrdə qışlamaya getməsini nəzərə alıb mexaniki toplanaraq məhv edilməsinin zəruriliyi diqqətə çatdırılıb. Həmçinin biotexniki mübarizə çərçivəsində kənd sakinlərinə feromon tələlər verilib və maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, ardıcıl həyata keçirilən maarifləndirici görüşlər və mübarizə tədbirləri nəticəsində zərərvercinin populyasiya sıxlığında kifayət qədər azalma müşahidə edilməkdədir. Tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.