Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin mütəxəssisləri AQTA və AQTİ əməkdaşlarına təlim keçib
18 Oktyabr 2021 11:13
![Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin mütəxəssisləri AQTA və AQTİ əməkdaşlarına təlim keçib](https://afsa.gov.az/resized/resize649/center/pages/3318/16824827915655.jpg)
![Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin mütəxəssisləri AQTA və AQTİ əməkdaşlarına təlim keçib](https://afsa.gov.az/resized/resize649/center/pages/3318/16824827915655.jpg)
“Kodeks Etimad Fondu” layihəsi çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət üzrə Baş İdarəsinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarına ilk təlim keçirilib.
Videokonfrans formatında keçirilən təlimdə layihə haqqında qısa məlumat verilib.
Bildirilib ki, layihənin əsas məqsədi Kodeks işində daha fəal və yaxından iştirakın təmin edilməsi, güclü və dayanıqlı milli Kodeks sisteminin qurulmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasına dəstək verilməsidir.
Təlimdə Türkiyə tərəfi Türkiyədə mövcud Kodeks sistemi və sənədləşmə işi üzrə bağlı təcrübələrini bölüşüb, Beynəlxalq Qida Kodeks Komissiyası, Azərbaycanda Kodeks Komitələrinin cari vəziyyəti, Kodeks sənədlərinin hazırlanma prosesi ilə bağlı məlumatlar verib.
Sonda təlim iştirakçılarını maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)