Nar bitkisinin kökü, meyvələri və digər hissələri zərərli orqanizmlərin təsirinə məruz qaldıqda zərər görür. Həmçinin istehsal olunan nar məhsulunun keyfiyyəti və əmtəəlik qabiliyyəti aşağı düşür.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitəsi, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, daşınması, saxlanılması, satışı və tətbiqi ilə bağlı qaydalara əməl olunması, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə əhali arasında geniş təbliğat-təşviqat işlərini davam etdirir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydaların təsdiq edilməsi haqqında” Qərar qəbul edib.
Milli Monitorinq Planı çərçivəsində Agentlik əməkdaşları tərəfindən Göyçay rayonunun Mirzəhüseynli, Qızılağac, Şıxbəy, Potu, Cəyirli kəndlərində yerləşən xurma, nar və heyva bağlarında monitorinqlər keçirilib.
Göyçayda 15-ci Nar Festivalı keçirilib. Nar Festivalında Göyçay rayonunun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi təşkil olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə tədbirləri davam etdirir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyanın əməkdaşı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumrusiya Bitki Karantini Mərkəzi tərəfindən təşkil olunan “Bitkilərin mühafizəsi və karantini” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Göygöl rayonunun Qırıqlı kəndində yerləşən, Zeynalova Təranə Vidadi qızına məxsus istixanada Agentlik müfəttişləri tərəfindən yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndələri arasında növbəti onlayn görüş olub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirləri davam etdirir.
Giriş