Bildiririk ki, 1 fevral 2021-ci il tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın növbəti iclası olub.
Ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsullarının daşınması sahəsində fəaliyyət göstərən şirkətlər bəzən müxtəlif təsərrüfatlardan, vətəndaşlara məxsus həyətyanı sahələrdən məhsulları toplayaraq yük partiyaları formalaşdırır. Bununla bağlı olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəyan edir ki, qanunvericiliyə əsasən
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki və bitkiçilik məhsulları, eləcə də aqrokimyəvi maddələr və pestisidlərin ölkə ərazisinə idxalı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, AQTA yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifik
Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda saat 06:00-dan 00:00-dək müştərilərə yerində xidmətlər bərpa olunub. Əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ictimai iaşə müəssisələrində xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və
Məlum olduğu kimi, ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsulları beynəlxalq ticarət qaydaları və idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ekspertizadan keçirilir və müvafiq sertifikatlarla təmin edilir. Eyni zamanda ölkəmizdən ixrac olunan qida məhsulları idxalçı ölkələrin idxal tələblərinə uyğun olaraq qablaşdırılmalı, etiketlənməli və markalanmalıdır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müraciəti əsasında Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac olunan fitosanitar nəzarətində olan yüklərin bu ölkənin ərazisindən tranzit keçməsinə icazə verilib. Belə ki, Avrasiya İqtisadi Birliyinin (AAİB) Gömrük İttifaqı Komissiyasının gömrük sərhədində
2020-ci il 10 dekabr tarixindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir. Məsələnin həlli istiqamətində AQTA və Rusiya Federasiyasının müvafiq qu
Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsullarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirləri davam etdirilir. Məsələ ilə bağlı AQTA və aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında aparılan danışıqlar, həmçinin Agentliyin mütəxəssisləri tərəfindən müxtəl
Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində videokonfrans formatında komitə iclası keçirilib. İclasda çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva layihənin ölkədə b
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. Ukrayna Respublikasında fəaliyyət göstərən “Oyl Trade 2000” MMC tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına fiziki şəxs İbrahimov Üzeyir İbrahim oğlu tərəfindən idxal olunan 24 ton ceviz ləpəsi məhsulu
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir. Məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun nümayəndə heyətləri arasınd
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. Gürcüstan Respublikasında fəaliyyət göstərən “Kakucha” LTD tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına fiziki şəxs İsmayılov Rəhim Təyyar oğlunun idxal etdiyi 24800 kq çuğundur məhsulu,