COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
2 May 2024 17:53
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
Cari ilin 30 aprel - 1 may tarixlərində 75 ticarət və 80 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Nəzarət tədbirləri COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkəyə gələcək xeyli sayda xarici qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir.
AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.
Oxşar xəbərlər
Bakıda COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilib
Cari ilin noyabrında Bakı şəhərində ölkəmizin ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium keçirilib.
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 21-25 iyun tarixlərində 18 ticarət və 35 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 9 ticarət və 24 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 6-10 iyun tarixlərində 54 ticarət və 115 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 54 ticarət və 114 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.