COP29 çərçivəsində qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir
16 Noyabr 2024 17:11
Ölkədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Agentliyin əməkdaşları bu ilin aprel ayından COP29 başlayanadək olan dövrdə Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə, ümumilikdə 48 keytrinq xidməti ilə məşğul olan obyektdə, 350 hoteldə və qonaqlar üçün nəzərdə tutulan əlavə 11 rezidensiyada qiymətləndirmə aparıb. Qiymətləndirmə çərçivəsində aşkarlanan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Təkrar qiymətləndirmələr zamanı isə uyğunsuzluqların aradan qaldırıldığı müəyyən edilib. Həmçinin qeyd olunan dövrdə 1514-ü ticarət, 5272-si ictimai iaşə olmaqla, ümumilikdə 6786 müəssisədə monitorinq aparılıb. Eyni zamanda ümumilikdə 1107 olmaqla, hotellərin ətrafında yerləşən 845 və metro stansiyalarının yanındakı 262 ictimai iaşə müəssisəsində qiymətləndirmə həyata keçirilib. Bu nəzarət tədbirləri çərçivəsində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması Agentliyin əməkdaşlarının müvafiq tövsiyələri əsasında təmin edilib.
AQTA-nın nəzarət tədbirləri COP29 başlayandan sonra da davam etdirilir. Agentliyin əməkdaşları tərəfindən Bakı Olimpiya Stadionunun qidaların hazırlanması, qəbulu və satışı həyata keçirilən sahələrində mütəmadi nəzarət tədbirləri görülür, məhsulların tələblərə uyğunluğu qiymətləndirilir. Həmçinin qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında ekspertizalara cəlb olunur. Eyni zamanda operativ nəticələr əldə etməkdən ötrü stadionun ərazisində yerləşdirilmiş İnstitutun 2 mobil laboratoriyasında ekspres üsullarla müvafiq analizlər aparılır. Bundan başqa, Agentliyin əməkdaşları rezidensiyalarda, həmçinin Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən hotellərdə mütəmadi monitorinqlər keçirir. Eləcə də ictimai iaşə müəssisələrində, o cümlədən metro stansiyalarının ətrafındakı obyektlərdə gündəlik nəzarət tədbirlərini həyata keçirir. Artıq bu çərçivədə 572 ictimai iaşə müəssisəsində monitorinq aparılıb. Nəzarət tədbirləri zamanı aşkarlanan müəyyən nöqsanların Agentliyin əməkdaşlarının tövsiyələri əsasında müəssisələrin məsul şəxsləri tərəfindən dərhal aradan qaldırılması təmin olunur.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş