25 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
8 Fevral 2021 15:26
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.
28.01.2021-04.02.2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 25 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 7 ədədi Rusiya, 4 ədədi Türkiyə, 5 ədədi Çex, 9 ədədi isə İtaliya istehsalıdır.
|
№ |
İstehsalçı ölkə |
İstehsalçı şirkət |
Preparatın adı |
Preparatın |
|
1 |
Rusiya Federasiyası |
AC Aqrobioprom |
Fenpraz suspenziya |
Kombinasiyalı antihelmint |
|
2 |
Rusiya Federasiyası |
AC Aqrobioprom |
Fenpraz tabletki |
Kombinasiyalı antihelmint |
|
3 |
Rusiya Federasiyası |
AC Aqrobioprom |
Pçelodar R (şampun) it vəpişiklər üçün gənə və birələrə qarşı |
İnsektisid-akarisid baytarlıq preparatı |
|
4 |
Rusiya Federasiyası |
AC Aqrobioprom |
Pçelodar R Propolis tərkibli, heyvanlar üçün göbələk əleyhinə şampun |
Antifunqisid baytarlıq preparatı |
|
5 |
Rusiya Federasiyası |
AC Aqrobioprom |
Pçelodar R |
Antifunqisid baytarlıq preparatı |
|
6 |
Rusiya Federasiyası |
AC Aqrobioprom |
Ranodez Sprey |
Antibakterial |
|
7 |
Rusiya Federasiyası |
AC Aqrobioprom |
Binakar |
İnsektisid-akarisid baytarlıq preparatı |
|
8 |
Türkiyə |
Lider Petfood |
Trendline sterilized |
Yem |
|
9 |
Türkiyə |
Lider Petfood |
Trendline kitten food chicken |
Yem |
|
10 |
Türkiyə |
Lider Petfood |
Reflex plus adult |
Yem |
|
11 |
Türkiyə |
Lider Petfood |
Reflex plus adult |
Yem |
|
12 |
Çex Respublikası |
Vafo Praha s.r.o. |
Brit Care Cat Grain-Free Haircare Healthy & Shiny Coat |
Yem |
|
13 |
Çex Respublikası |
Vafo Praha s.r.o. |
Brit Care Cat Grain-Free Kitten Healthy |
Yem |
|
14 |
Çex Respublikası |
Vafo Praha s.r.o. |
Brit Care Cat Grain-Free Sterilized & Weight Control |
Yem |
|
15 |
Çex Respublikası |
Vafo Praha s.r.o. |
Canvit Health Care Snacks |
Yem |
|
16 |
Çex Respublikası |
Vafo Praha s.r.o. |
Canvit Mobility Health Care Snacks for Dogs |
Yem |
|
17 |
İtaliya |
Monge & C.S.p.A |
MongeR Vetsolution |
Yem |
|
18 |
İtaliya |
Monge & C.S.p.A |
MongeR Vetsolution |
Yem |
|
19 |
İtaliya |
Monge & C.S.p.A |
GemonR Kitten Chunkies with Chicken |
Yem |
|
20 |
İtaliya |
Monge & C.S.p.A |
MongeR Fresh con Pollo with Chicken |
Yem |
|
21 |
İtaliya |
Monge & C.S.p.A |
MongeR Delicate Petto di Cat |
Yem |
|
22 |
İtaliya |
Monge & C.S.p.A |
GemonR breders maxi adult with Chicken and rice |
Yem |
|
23 |
İtaliya |
Monge & C.S.p.A |
MongeR best for breeders adult rich in chicken (cat) |
Yem |
|
24 |
İtaliya |
Monge & C.S.p.A |
MongeR naturalsuperpremium adult -lamb, rice and potatoes(dog) |
Yem |
|
25 |
İtaliya |
Monge & C.S.p.A |
GemonR breders adult with Chicken and turkey (cat) |
Yem |
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Giriş