27 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
22 İyul 2021 17:28
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.
Bununla əlaqədar olaraq 12-17 iyul 2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 27 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 16 ədədi Niderland, 6 ədədi Belarus, 2 ədədi Gürcüstan, 1 ədədi Belçika, 1 ədədi Rusiya, 1 ədədi isə Türkiyə istehsalıdır.
|
№ |
İstehsalçı ölkə |
İstehsalçı şirkət |
Preparatın adı |
Preparatın növü |
|
1 |
Niderland |
İnterchemie werken |
Limoksin WS |
antibakterial |
|
2 |
Niderland |
İnterchemie werken |
İntermektin Super |
antiparazitar |
|
3 |
Niderland |
İnterchemie werken |
Limoksin -100 |
antibakterial |
|
4 |
Niderland |
İnterchemie werken |
İnterspektin-L WS |
antibakterial |
|
5 |
Niderland |
İnterchemie werken |
Limoksin -200 LA |
antibakterial |
|
6 |
Niderland |
İnterchemie werken |
İntrovit (Multivit) |
kompleks vitaminli |
|
7 |
Niderland |
İnterchemie werken |
İnterzan Gold |
antiparazitar |
|
8 |
Niderland |
İnterchemie werken |
İnterfloks Oral |
antibakterial |
|
9 |
Niderland |
İnterchemie werken |
Koli-4800 WS |
antibakterial |
|
10 |
Niderland |
İnterchemie werken |
Biosillin-150 LA |
antibakterial |
|
11 |
Niderland |
İnterchemie werken |
Amprolin-300 WS |
antioksidant |
|
12 |
Niderland |
İnterchemie werken |
Biosillin 200 WS |
antibakterial |
|
13 |
Niderland |
İnterchemie werken |
Genta-100 |
antibakterial |
|
14 |
Niderland |
İnterchemie werken |
Aliseril WS |
kompleks antibiotiklərdən və |
|
15 |
Niderland |
İnterchemie werken |
Sulfadimidin WS |
antibakterial |
|
16 |
Niderland |
İnterchemie werken |
Makrolan-200 |
antibakterial |
|
17 |
Belçika |
İntraco Ltd. N.V |
Poultri Premiks Plyus |
yem əlavəsi |
|
18 |
Rusiya Federasiyası |
Zoolotaya Rıbka MMC |
"Doktor Zoo" çeçidli it və pişiklər üçün multivitaminli dadlandırıcılar |
it və pişiklər |
|
19 |
Belarus Respublikası |
Eko VetKom MMC |
Sprey Zoolekar |
insekto-akarisid |
|
20 |
Belarus Respublikası |
Eko VetKom MMC |
Kapli na xolku Zoolekar it və pişiklər üçün |
insekto-akarisid |
|
21 |
Belarus Respublikası |
Eko VetKom MMC |
Suspenziya ot helmintov |
antihelmint |
|
22 |
Belarus Respublikası |
Eko VetKom MMC |
Suspenziya ot helmintov |
antihelmint |
|
23 |
Belarus Respublikası |
Eko VetKom MMC |
Suspenziya ot helmintov |
antihelmint |
|
24 |
Belarus Respublikası |
Eko VetKom MMC |
Fenantel |
antihelmint |
|
25 |
Gürcüstan Respublikası |
Bioteksi MMC |
Fenbeks 22,2% |
antihelmint |
|
26 |
Gürcüstan Respublikası |
Bioteksi MMC |
Fistoklozanid 750 |
antihelmint |
|
27 |
Türkiyə |
MAKROVİT Hayvan Besleme |
Anafor Block (Portagem) |
tamamlayıcı mineral yem |
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Giriş