33 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
14 İyun 2021 12:12
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.
Bununla əlaqədar olaraq 7-12 iyun 2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 33 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 8 ədədi İspaniya, 10 ədədi Rusiya, 10 ədədi Türkiyə, 2 ədədi Çin, 3 ədədi isə Hindistan istehsalıdır.
|
№ |
İstehsalçı ölkə |
İstehsalçı şirkət |
Preparatın adı |
Preparatın növü |
|
1 |
İspaniya |
Nufoer S.L |
Nufosid Plyus |
yem əlavəsi |
|
2 |
İspaniya |
Nufoer S.L |
Nufotoks Plyus |
yem əlavəsi |
|
3 |
İspaniya |
Phytotherapic Solutions S.L |
Fitamaks Enzime Plyus |
yem əlavəsi |
|
4 |
İspaniya |
Phytotherapic Solutions S.L |
Fitmaks Koks |
yem əlavəsi |
|
5 |
İspaniya |
Laboratorios Hipra, SA |
Hipragumboro-GM97 |
baytarlıq preparatı |
|
6 |
İspaniya |
Laboratorios Hipra, SA |
Hipragumboro-CH/80 |
baytarlıq preparatı |
|
7 |
İspaniya |
Laboratorios Hipra, SA |
Hipraviar-Clon/H120 |
baytarlıq preparatı |
|
8 |
İspaniya |
Liptosa (Lipidos Toledo S. A) |
Liptosafe L |
yem əlavəsi |
|
9 |
Rusiya Federasiyası |
Mars MMC |
WiskasR İştah açıcı qarışıq. (İldən 1+). Qızıl balıq və krevet ilə qaymaqlı sousda yetkin pişiklər üçün tam rasionlu konservləşdirilmiş yem |
yem |
|
10 |
Rusiya Federasiyası |
Mars MMC |
WiskasR İştah açıcı qarışıq. (İldən 1+). Toyuq və ördək əti ilə pendirli sousda yetkin pişiklər üçün tam rasionlu konservləşdirilmiş yem |
yem |
|
11 |
Rusiya Federasiyası |
Mars MMC |
WiskasR İştah açıcı qarışıq. (İldən 1+). Ev quşları və mal əti ilə tomatlı jeledə yetkin pişiklər üçün tam rasionlu konservləşdirilmiş yem |
yem |
|
12 |
Rusiya Federasiyası |
Mars MMC |
WiskasR İştah açıcı qarışıq. (İldən 1+). Quzu və mal əti iləqaymaqlı sousda yetkin pişiklər üçün tam rasionlu konservləşdirilmiş yem |
yem |
|
13 |
Rusiya Federasiyası |
Nita-Farm MMC |
Ditrim |
baytarlıq preparatı |
|
14 |
Rusiya Federasiyası |
Nita-Farm MMC |
Neozidin M |
baytarlıq preparatı |
|
15 |
Rusiya Federasiyası |
Nita-Farm MMC |
Tetravit |
baytarlıq preparatı |
|
16 |
Rusiya Federasiyası |
Nita-Farm MMC |
Fluneks |
baytarlıq preparatı |
|
17 |
Rusiya Federasiyası |
Nita-Farm MMC |
Kalsium borqlyukonat |
baytarlıq preparatı |
|
18 |
Rusiya Federasiyası |
Nita-Farm MMC |
Azitronit |
baytarlıq preparatı |
|
19 |
Türkiyə |
Albafarma İlaç San. Tic. Ltd. Şti. |
Delamoks oral 80%-li |
baytarlıq preparatı |
|
20 |
Türkiyə |
Damla İlaç ve Kimya San. Tic. Ltd. Şti. |
Enrosid 20% |
baytarlıq preparatı |
|
21 |
Türkiyə |
Albafarma İlaç San. Tic. Ltd. Şti. |
Floral 30%-li |
baytarlıq preparatı |
|
22 |
Türkiyə |
Damla İlaç ve Kimya San. Tic. Ltd. Şti. |
Lavikol 24%-li |
baytarlıq preparatı |
|
23 |
Türkiyə |
Damla İlaç ve Kimya San. Tic. Ltd. Şti. |
Levadoks 20%-li |
baytarlıq preparatı |
|
24 |
Türkiyə |
Damla İlaç ve Kimya San. Tic. Ltd. Şti. |
Moksikol WSP |
baytarlıq preparatı |
|
25 |
Türkiyə |
Albafarma İlaç San. Tic. Ltd. Şti. |
Neo Net 50%-li |
baytarlıq preparatı |
|
26 |
Türkiyə |
Albafarma İlaç San. Tic. Ltd. Şti. |
Net Koks 2,5 %-li |
baytarlıq preparatı |
|
27 |
Türkiyə |
Albafarma İlaç San. Tic. Ltd. Şti. |
Sulfaxlor 75%-li |
baytarlıq preparatı |
|
28 |
Türkiyə |
Damla İlaç ve Kimya San. Tic. Ltd. Şti. |
Tilonet 30%-li |
baytarlıq preparatı |
|
29 |
Çin Xalq Respublikası |
Shijiazhuang Shimu |
İvermektin Super |
baytarlıq preparatı |
|
30 |
Çin Xalq Respublikası |
Shijiazhuang Shimu |
Prima Levo Forte |
baytarlıq preparatı |
|
31 |
Hindistan |
Shree Pharma |
Amprolium HCL 20%-li toz |
baytarlıq preparatı |
|
32 |
Hindistan |
Shree Pharma |
Fenbendazol oral toz |
baytarlıq preparatı |
|
33 |
Hindistan |
Shree Pharma |
Multivitamin Kompleks W/V |
baytarlıq preparatı |
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Giriş