AQTA-da istifadəyə yararsız və istifadəsi qadağan olunmuş preparatların zərərsizləşdirilməsi və məhv edilməsinə dair görüş keçirilib
7 Dekabr 2019 11:16
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının zərərsizləşdirilməsi və ya məhv edilməsi istiqamətində zəruri tədbirlər görülməsi məqsədilə görüş keçirilib.
Görüşdə Agentlikdə istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi üzrə yaradılmış İnventarlaşdırma Komissiyası ilə birgə çalışması üçün yaradılmış işçi qrupların üzvləri - kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər, fövqəladə hallar, səhiyyə, daxili işlər, iqtisadiyyat, maliyyə nazirliklərinin, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Əmlak Məsələləri üzrə Xidmətin mütəxəssisləri, həmçinin yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri iştirak edib.
Agentliyin Bitki sağlamlığı şöbəsinin müdiri, İnventarlaşdırma Komissiyasının sədri Xəyalə Dadaşova bitki mühafizəsi sahəsində istifadə edilən zəhərli kimyəvi maddələrin düzgün istifadə və idarə edilmədiyi hallarda insan sağlamlığına, eyni zamanda ətraf mühitə vurduğu zərərlərdən danışıb. Agentlik tərəfindən sözügedən məsələlərin daima diqqətdə saxlanıldığı və bu istiqamətdə yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığı diqqətə çatdırlıb. Eyni zamanda yaradılan işçi qrupun üzvləri tərəfindən də sözügedən məsələyə ciddi yanaşıldığını və görüləcək işlərin səmərəli olması üçün müvafiq təkliflərin verildiyini, təkliflər əsasında fəaliyyət proqramının hazırlandığını bildirib.
Görüşdə yararsız zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi məqsədi ilə onların saxlanıldığı Cəngi Pestisid Poliqonunda müvafiq təmir işlərinin aparıldığı, hazırda yararsız preparatların təhlükəsiz halda həmin yerdə müvəqqəti dövr üçün saxlanılmasında problem olmadığı vurğulanıb.
Daha sonra hazırlanan fəaliyyət proqramı iştirakçılara təqdim olunub.
Sonda fəaliyyət proqramında nəzərdə tutulan məsələlər müzakirə edilib. Fəaliyyət proqramının təsdiqindən əvvəl daha ətraflı rəy bildirilməsi üçün aidiyyəti qrumlara göndərilməsi barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş