AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
12 Mart 2021 16:04
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 11 mart 2021-ci il tarixində ölkə üzrə 353 ictimai iaşə obyektində 595 monitorinq keçirilib. Monitorinqlər zamanı 35 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, M. Müşviq ev 11/13 ünvanında yerləşən, fiziki şəxs Babayev Emin Yusif oğluna məxsus “Vulcano” kafesi;
2. Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov m. 5 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Rəvan Faiq oğluna məxsus çayxana;
3. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala ev 114 ünvanında yerləşən, fiziki şəxs Bədəlov Samiq Maxsud oğluna məxsus kafe;
4. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. ev 20\22 ünvanında yerləşən, hüquqi şəxs "Beat Caterıng" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Sumakh” restoranı;
5. Bakı şəhəri, Xətai rayonu, A. Cəlilov ev 27A ünvanında yerləşən, fiziki şəxs Alim Musayev Teymur oğluna məxsus “Məclis” çay evi;
6. Bakı şəhəri, Xətai rayonu, Yeryomenko ev 29 ünvanında yerləşən, fiziki şəxs Ruslan Əliyev Mubariz oğluna məxsus çay evi;
7. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski pr. ev 98A ünvanında yerləşən, fiziki şəxs Eyvazlı Coşqun Vaqif oğluna məxsus kafe;
8. Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 24A ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe;
9. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ünvanında yerləşən, fiziki şəxs Hüseynova Zülfiyyə Əbülfət qızına məxsus kafe;
10. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, M. Hadi ev.41 ünvanında yerləşən, fiziki şəxs Ramin Əhmədov Ramiz oğluna məxsus “Köhnə Bakı” restoranı;
11. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, Xətai metrostansiyasının yanında yerləşən, fiziki şəxs Ramin Rəhimli Bilal oğluna məxsus “Ali Baba” dönər evi;
12. Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ev 64/68 ünvanında yerləşən, fiziki şəxs Məsum Mirzəzadə Fikrət oğluna məxsus kafe;
13. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs İsmiyev Tahir Məmməd oğluna məxsus kafe;
14. Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, ev 36 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Ziyad Oqtay oğluna məxsus “Beercode” kafesi
15. Bakı şəhəri, M. Şərifzadə küçəsi ev 129V ünvanında yerləşən, hüquqi şəxs "CFC" MMC-yə məxsus “KFC” restoranı;
16. Bakı şəhəri, M. Şərifzadə küçəsi 147B ünvanında yerləşən, fiziki şəxs Cəfərova Nəzakət Rüstəm qızına məxsus "Dadlı" restoranı”;
17. Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, ev 24/65 m. 0 ünvanında yerləşən, fiziki şəxs Səmədov Abdulsəməd Akif oğluna məxsus "Xəlifə" çay evi;
18. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 18 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” restoranı;
19. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ Salyan Şossesi ev.14 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Samir Kamil oğluna məxsus kafe;
20. Bakı şəhəri, Binəqədi şossesində yerləşən, fiziki şəxs Qarayev Arif Ramazan oğluna məxsus kafe;
21. Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, qeyri-yaşayış sahəsində yerləşən, fiziki şəxs Qasımov Vüsal Xosməmməd oğluna məxsus “Təndir evi” kafesi;
22. Bakı şəhəri, Nərimanov Rayonu, Əliyar Əliyev küçəsi, ev 69a, Daxili Qoşunlar Hospitalının yanında yerləşən, fiziki şəxs Seyfullayev Ceyhun Qüdrət oğluna məxsus “SHERIFF” restoranı;
23. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Həsənov Abdulla Eyvaz oğluna məxsus “Olimp Pub” restoranı;
24. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski ev. 69m ünvanında yerləşən, fiziki şəxs Səlim-Zadə Elnur Eldar oğluna məxsus “Kofe-Şop”;
25. Bakı şəhəri, Əmircan Qəsəbəsi, İ. Məmmədov küçəsində yerləşən, fiziki şəxs Mahmudov Ceyhun Abid oğluna məxsus “Dadlı” dönər;
26. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Nizami (Əmircan Qəs.), ev 3 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xalıqverdi Kamal oğluna məxsus “Olimp” çay evi;
27. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. ev 70 (ZİRZƏMİ) m. ünvanında yerləşən, fiziki şəxs Abdullayev İlham Dursun oğluna məxsus kafe;
28. Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay ev 142 ünvanında yerləşən, fiziki şəxs İbrahimova Ülviyyə Ələs qızına məxsus “İstanbul Gold” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
29. Xaçmaz rayonu, Müşkür küçəsində yerləşən, fiziki şəxs Süleymanov Hidayət Abusətdər oğluna məxsus kafe;
30. Qax rayonu, Şotavar kəndində yerləşən, fiziki şəxs Əhmədov Sərxan İlyas oğluna məxsus kafe;
31. Gədəbəy rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Quliyev Tariel Əli oğluna məxsus yeməkxana;
32. Göyçay rayonu, Potu kəndində yerləşən, fiziki şəxs Yusifzadə Orxan İlham oğluna məxsus kafe;
33. Göyçay rayonu, Şəhriyar küçəsində yerləşən, fiziki şəxs Məmmədov Ramil İsmayıl oğluna məxsus kafe;
34. Gəncə şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Cəmil İzzət oğluna məxsus kafe;
35. Yevlax şəhəri, Nizami pr. 4 ünvanında yerləşən, hüquqi şəxs "Yevlax-Ekspress-Nəqliyyat" Açıq Səhmdar Cəmiyyətinə məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Giriş