AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
18 Mart 2021 17:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 17 mart 2021-ci il tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 697 monitorinq keçirilib. Monitorinqlər zamanı 37 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli D massivində yerləşən, fiziki şəxs Əhədov Səlim Məhəmmədrza oğluna məxsus kafe;
2. Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ev 2 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus “Cirə” restoranı;
3. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov ünvanında yerləşən, fiziki şəxs Novruzov Edqar Sərdar oğluna məxsus çayxana;
4. Bakı şəhəri, Sabunçu rayonu, M. Əmirov küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Cəfərova Laləzər Ağakişi qızına məxsus kafe;
5. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Neftçilər ev 19 ünvanında yerləşən, fiziki şəxs Əmənov Tehran Məşkur oğluna məxsus kafe;
6. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H. Quliyev ev 20 ünvanında yerləşən, fiziki şəxs Kərimov Azad Natiqoviçə məxsus "Fədək" kafesi;
7. Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ev 212M ünvanında yerləşən, fiziki şəxs Yusifov Eldar Cahid oğluna məxsus "Şəki yeməkləri" kafesi;
8. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 86 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Camaləddin Elxan oğluna məxsus "Saraclı" restoranı;
9. Bakı şəhəri, Yasamal rayonu, C. Qaryağdıoğlu küçəsi 67 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Arif oğluna məxsus "İce" pub;
10. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65 ünvanında yerləşən, fiziki şəxs Basmənçi Röyaya məxsus kafe;
11. Bakı şəhəri, Nəsimi rayonu, 28 May, mənzil 3 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Əhəd Nəsib oğluna məxsus kafe;
12. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Rəşad Asif oğluna məxsus "City Life" kafesi;
13. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhana məxsus "Kolorit" kafesi;
14. Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi ev 37e ünvanında yerləşən, fiziki şəxs Abbasov Zamin Akif oğluna məxsus "Koza" restoranı;
15. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 180a ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Səbuhi Əziz oğluna məxsus “La Vita” restoranı;
16. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski küçəsi ev 113 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Anar Hafiz oğluna məxsus "Saray" çayxanası;
17. Bakı şəhəri, Xətai rayonu, Yeryomenko ev 29 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus "Emiland" çay evi;
18. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 14 ünvanında yerləşən, hüquqi şəxs "Suliko" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Suliko" restoranı;
19. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 15 ünvanında yerləşən, hüquqi şəxs “Karvan Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Paxlava" çay evi;
20. Bakı şəhəri, Səbail rayonu, Neftçi Q. Abbasov ev M ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus kafe;
21. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Salyan şossesi 14-cü km ünvanında yerləşən, fiziki şəxs Əbilova Gültəkin Qulu qızına məxsus çay evi;
22. Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsi 67 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Qüdrət Möhbalı oğluna məxsus restoran;
23. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 121E ünvanında yerləşən, hüquqi şəxs "Matin" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Askar” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
24. Füzuli rayonu, Horadiz qəsəbəsi ünvanında yerləşən, fiziki şəxs Nuriyev Əmir Behbud oğluna məxsus dönər evi;
25. Beyləqan rayonu, Şərq qəsəbəsi ünvanında yerləşən, fiziki şəxs Hacıyev Müsail Bəykişi oğluna məxsus çayxana ;
26. Beyləqan rayonu, Gödəklər kəndi ünvanında yerləşən, vəzifəli şəxs Xəlilov Nihad Əlizamin oğluna məxsus "Karvan" restoranı;
27. Beyləqan rayonu, Şərq qəsəbəsi ünvanında yerləşən, fiziki şəxs Gülməmmədov Taleh Famil oğluna məxsus kafe;
28. Hacıqabul rayonu, İ. Qayıbov küçəsində yerləşən, fiziki şəxs İsayev Anar Məhəmməd oğluna məxsus kafe;
29. Ağstafa rayonu, 20 Yanvar küçəsi ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ramin Şakir oğluna məxsus kafe;
30. Qazax rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Əliyeva Cəmilə Fazil qızına məxsus dönər evi;
31. Goranboy rayonu, Sarovlu kəndi ünvanında yerləşən, fiziki şəxs Mustafayev İnqlab Məhəmməd oğluna məxsus restoran ;
32. Göygöl rayonunda yerləşən, fiziki şəxs Verdiyev Sənan Xanlar oğluna məxsus otel-restoran;
33. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Əmirov Teyyub Teymur oğluna məxsus restoran;
34. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Orucov Xəyal Maarif oğluna məxsus restoran;
35. Ağsu rayonu, T. Xasiyev küçəsi,1-ci dalan ünvanında yerləşən, fiziki şəxs Kərimli Elçin Habil oğluna məxsus çay evi;
36. Sumqayıt şəhəri, Ü. Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Bədəlova Rövşanə Rövşən qızına məxsus "Zafer" kafesi;
37. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Hüseynov Əmir Yunis oğlu “Prestij" kafesi;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Giriş