AQTİ ASK ilə birgə əməkdaşlıq çərçivəsində təlimləri davam etdirir
25 Avqust 2022 15:11
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) birgə əməkdaşlıq çərçivəsində təlimləri davam etdirir. Əməkdaşlıq çərçivəsində AQTİ mütəxəssisi tərəfindən “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ASK üzvləri üçün vebinar keçirilib.
50-dən artıq sahibkarlıq subyektinin iştirak etdiyi vebinarda HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və üstünlükləri haqda geniş məlumat verilib. Qeyd edilib ki, HACCP sisteminin əsas üstünlüklərinə istehsal və paylama sisteminə nəzarət və qida təhlükəsizliyi sahəsində risklərin qarşısını alması, qida gigiyenasına dair məlumatlılıq yaratması, dövriyyədə olan mal və məhsulların keyfiyyətini yaxşılaşdırması və s. daxildir. Bildirilib ki, bu nəzarət mexanizmi qida zəncirinin bütün mərhələlərini əhatə etməklə vahid sistem halında fəaliyyət göstərir. Həmçinin qida təhlükəsizliyinin təmin edilməsinin ən səmərəli və etibarlı təminatı istehlak bazarında hazır məhsula nəzarət etmək deyil, qida məhsulları istehsal zəncirinin bütün mərhələlərində belə bir qida təhlükəsizliyinin idarə edilməsi mexanizminin yaradılması və tətbiqini zəruri edir.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunda qida subyektlərində HACCP sisteminin tətbiqi nəzərdə tutulur. HACCP sistemi qida təhlükəsizliyinin idarə edilməsinə əsaslanan bir standartdır. Standartın əsas məqsədi qida istehsalı və istehlakını ən sağlam hala gətirməkdir. Qanunvericiliyə əsasən, iri sahibkarlıq subyekti hesab edilən qida subyektlərində qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektlərində isə dörd il sonra üçün təsbit edilib.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş