Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
22 Sentyabr 2022 18:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
21 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Quba, Qazax, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 5 məntəqədə kəsim qurğuları sökülüb, 6 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Həsənov Zaur İbrahim oğlu |
Binə qəsəbəsi, Ə.İsazədə və Əhmədov küçələrinin kəsişməsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
2. |
Həsənov Rəhim Xudaverdi oğlu |
Biləcəri qəsəbəsi |
Yenidən bərpa olunmuş metal konstruksiyalar sökülüb |
|
3. |
Novruzov Əlisultan Ələmşad oğlu |
Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi |
Yenidən bərpa olunmuş metal konstruksiyalar sökülüb |
|
Abşeron rayonu üzrə |
|||
|
4. |
İsmayılov Saqi Allahverdi oğlu |
Saray qəsəbəsi, M.Müşfiq küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
5. |
Hüseynov İslam Qabil oğlu |
Saray qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
6. |
Məmmədov Elçin Xanbala oğlu |
Saray qəsəbəsi, M.Əsədov və M.Ordubadi küçələrinin kəsişməsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
7. |
İsmayılov Nazim Hüseyn oğlu |
Masazır qəsəbəsi, Qurtuluş-93 |
Yenidən bərpa olunmuş metal konstruksiyalar sökülüb |
|
8. |
İbrahimov İbrahim Qələmşah oğlu |
Saray qəsəbəsi, V.Axundov küçəsi |
Yenidən bərpa olunmuş metal konstruksiyalar sökülüb |
|
9. |
Aslanov Asif Nüsrətdin oğlu |
Saray qəsəbəsi, H.Əliyev prospekti |
Yenidən bərpa olunmuş metal konstruksiyalar sökülüb |
|
Quba rayonu üzrə |
|||
|
10. |
Ağacanov Elşən |
Birinci Nügədi kəndi |
İnzibati protokol tərtib edilib |
|
11. |
Hüseynzadə Niyammədin Bəkir oğlu |
Nügədi kəndi |
Yenidən bərpa olunmuş metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
12. |
Şahbalayev Nazim |
Nügədi kəndi |
İnzibati protokol tərtib edilib |
|
Qazax rayonu üzrə |
|||
|
13. |
Əsgərov Bəziryan Koroğlu oğlu |
Daş Salahlı kəndi |
İnzibati protokol tərtib edilib |
|
14. |
İrəvanlı Fuad Muğa oğlu |
Daş Salahlı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
Xaçmaz rayonu üzrə |
|||
|
15. |
Əkbərov Namiq Səttar oğlu |
Xaçmaz şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
16. |
Rzayev Hüseyn Abbasəli oğlu |
Xaçmaz şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş