Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
27 Oktyabr 2022 17:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
24-26 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı, Xırdalan şəhərləri və Abşeron, Şəki, Şamaxı, Xaçmaz, Qazax rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 24 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Süleymanov Fərəc Bayram oğlu |
Xətai rayonu, Gəncə prospekti 82 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
2. |
Əhmədov Bəhruz Əbülfəz oğlu |
Xətai rayonu, Gəncə prospekti 67 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
3. |
Cümşüdov Seymur Məhəmmədəli oğlu |
Xətai rayonu, Gəncə prospekti |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
4. |
Məmmədov Fərzalı İbrahim oğlu |
Xətai rayonu, Telnov küçəsi 18 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
5. |
Məmmədov Zöhrab Şöhrət oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
6. |
Cəfərov Emin Cəlal oğlu |
Xətai rayonu, Zeytun küçəsi 154 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
7. |
İsazadə Nicat Saiq oğlu |
Xətai rayonu, R.Bağırov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
8. |
Əliyev Qədir Nahid oğlu |
Sabunçu rayonu, Ə.Məmmədyarov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
9. |
Əliyev Ramiz Təbriz oğlu |
Sabunçu rayonu, Sabunçu Bazarı |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
10. |
İslamov Taleh Aslan oğlu |
Sabunçu rayonu, Şəhər şosesi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
11. |
Binnətov Eşqin Abdulla oğlu |
Sabunçu rayonu, Balaxanı qəs., R.Teymurov küçəsi 21 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
12. |
Musayev Zülfüqar Mikayıl oğlu |
Sabunçu rayonu, Balaxanı qəsəbəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
13. |
Məmişov Nicat Abbas oğlu |
Nəsimi rayonu, Ş.Abdullayev küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
14. |
Şahbazov Rafiq Mahiyəddin oğlu |
Nəsimi rayonu, Abdullayev küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
15. |
Quliyev Arzuman Allahverdi oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 34 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
16. |
Quliyev Turab Əli oğlu |
Nizami rayonu, E.Süleymanov küçəsi 112 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
17. |
Quliyev İlkin Mədər oğlu |
Nizami rayonu, E.Süleymanov küçəsi 126 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
18. |
Aliyev Orxan Elxan oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 390 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
19. |
Əliyev Rövşən Əhliman oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 7 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Xırdalan şəhəri üzrə |
|||
|
20. |
Əhmədov Əfqan Hümbət oğlu |
Xırdalan şəhəri, Bakı-Şamaxı yolu |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Abşeron rayonu üzrə |
|||
|
21. |
Heydərov Samir İmamverdi oğlu |
Abşeron rayonu, Hökməli qəsəbəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
22. |
Alıyev Arzuman Seçki oğlu |
Abşeron rayonu, Hökməli qəsəbəsi, Ağ Bazar |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Şəki rayonu üzrə |
|||
|
23. |
Abdullayev İskəndər Hüseyn oğlu |
Şəki şəhəri, "Şəki Bazar" ASC-nin ərazisi |
İnzibati protokol tərtib edilib |
|
24. |
Alxasov Vüsal Rəfail oğlu |
Şəki şəhəri, "Şəki Bazar" ASC-nin ərazisi |
İnzibati protokol tərtib edilib |
|
25. |
İsrafilov Ağamalı |
Şəki şəhəri, "Şəki Bazar" ASC-nin ərazisi |
İnzibati protokol tərtib edilib |
|
26. |
Həsənov Ələsgər Ənvər oğlu |
Şəki şəhəri, "Şəki Bazar" ASC-nin ərazisi |
İnzibati protokol tərtib edilib |
|
27. |
Cabbarov İsmayıl Vaqif oğlu |
Şəki şəhəri, "Şəki Bazar" ASC-nin ərazisi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
28. |
Məmmədli Elvin Əvəz oğlu |
Xaçmaz rayonu, Xaçmaz-Xudat yolu |
İnzibati protokol tərtib edilib |
|
29. |
Hümmətov Ramin |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
30. |
Əhmədov Murad Hakim oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
31. |
Əkbərov İlkin Əlixan oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
Qazax rayonu üzrə |
|||
|
32. |
Nəbiyev Rəşad İmamqulu oğlu |
Qazax rayonu, Çaylı kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
33. |
Nəbiyev Mehdi Akif oğlu |
Qazax rayonu, Hüseynbəyli kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Şamaxı rayonu üzrə |
|||
|
34. |
Ələkbərov Qahir Sabir oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş