Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
3 Noyabr 2022 16:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Qazax, Kürdəmir, Şəki, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 7 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 4 məntəqədə kəsim qurğuları sökülüb, 4 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Ağayev Hicran Ağarəhim oğlu |
Nərimanov rayonu, F.X.Xoyski küçəsi |
İnzibati protokol tərtib edilib |
|
2. |
Məmmədov Namiq Məhəmməd oğlu |
Nərimanov rayonu, Ə.Əliyev küçəsi 17 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
3. |
İlyasov Vüsal Qalib oğlu |
Nərimanov rayonu ,Ə.Əliyev küçəsi 326A |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
4. |
Hüseynov İlham Heydər oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
5. |
Məmmədhəsənov Niyaməddin Taryel oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi 20 |
Yenidən bərpa edilmiş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
6. |
Yusifov Əlnaqı Məmməd oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1596 |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
7. |
Yusibov Səbuhi Fikrət oğlu |
Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
8. |
Rüstəmov Faiq Famil oğlu |
Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
Kürdəmir rayonu üzrə |
|||
|
9. |
Heydərov Xaləddin Əşrəf oğlu |
Kürdəmir rayonu, Sor-Sor kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
10. |
Kərimov Asim Adil oğlu |
Kürdəmir rayonu, Sor-Sor kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
Xaçmaz rayonu üzrə |
|||
|
11. |
Seyidov Zaur Buludxan oğlu |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şəki rayonu üzrə |
|||
|
12. |
Tağıyev Orxan Məhərrəm oğlu |
Şəki şəhəri, S.Rəhman küçəsi |
İnzibati protokol tərtib edilib |
|
13. |
Qaffarov Nadir Ələkbər oğlu |
Şəki şəhəri, S.Rəhman küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Qazax rayonu üzrə |
|||
|
14. |
Məcidov Qəməd Əsəd oğlu |
Qazax rayonu, Hüseynbəyli kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş