Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
13 Mart 2023 18:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
9-10 mart tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi, Xaçmaz, Tovuz, Masallı, Şamaxı, İsmayıllı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 30 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Əliyev Atabala Qədir oğlu |
Sabunçu rayonu, Ə.Məmmədyarov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
2. |
Səmədov Əli Rəhbər oğlu |
Sabunçu rayonu, Ə.Məmmədyarov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Həziyev Baratəli Böyükxan oğlu |
Sabunçu rayonu, Şəhər şosesi, döngə 6, ev 20d |
İnzibati protokol tərtib edilib |
|
4. |
Əsədova Çimnaz Kazım qızı |
Sabunçu rayonu, Şəhər şosesi |
İnzibati protokol tərtib edilib |
|
5. |
Xasməmmədov Vəkil Əliağa oğlu |
Sabunçu rayonu, E.Mehdiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Qarayev Səbuhi Həsən oğlu |
Nizami rayonu, Nəsimi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
7. |
Mehdiyev Alim Şakir oğlu |
Nizami rayonu, Nəsimi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
8. |
Məmmədov Məhəmmədəli Akim oğlu |
Nizami rayonu, Ə.Kürçaylı küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
|
9. |
Mehralıyev Ceyhun Şahin oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
|
10. |
Qurbanov Şəhriyar Arzu oğlu |
Nizami rayonu, M.Şərifli küçəsi 51 |
İnzibati protokol tərtib edilib |
|
11. |
Əliyev Rövşən Əhliman oğlu |
Nizami rayonu, R.Teymurov küçəsi 21 |
İnzibati protokol tərtib edilib |
|
12. |
Hacıyev İdeal Asif oğlu |
Nizami rayonu, Özbəkistan küçəsi 26 |
İnzibati protokol tərtib edilib |
|
Ağcabədi rayonu üzrə |
|||
|
13. |
İbadov Mobil İldırım oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
14. |
Hüseynov Cəmaləddin Arif oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
15. |
Məmmədov Şahin İlyas oğlu |
T.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
16. |
İsmayılov Mahir Ramiz oğlu |
T.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
17. |
Məlikməmmədov Rəşad İlyas oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
18. |
Kərimov Eyvaz Kərim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
19. |
Seyidov Zaur Buludxan oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
20. |
Əhmədov Murad Hakim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
21. |
Əsədov Fərid Aslan oğlu |
Xaçmaz şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
22. |
Əzizov Tərlan Bədəl oğlu |
Xaçmaz şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
23. |
Əkbərov Fuad Qəribağa oğlu |
Xaçmaz şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
24. |
Mövsümov Məhəmmədəli Aydın oğlu |
Xaçmaz şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
25. |
Ağayev Seymur Vahid oğlu |
Xaçmaz şəhəri, Mərkəzi bazar |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
26. |
Məmmədov Anar Süleyman oğlu |
Yuxarı Öysüzlü kəndi |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
27. |
İbadov Kamran |
Şərəfə kəndi |
İnzibati protokol tərtib edilib |
|
28. |
Cəlilov Mürsəl Rəfail oğlu |
Şərəfə kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
29. |
Qurbanov Səttar Qurban oğlu |
Şərəfə kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
30. |
Məmmədov Məmməd Şəmsəddin oğlu |
Şərəfə kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
Şamaxı rayonu üzrə |
|||
|
31. |
İbrahimov Seymur Nifdulla oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
İsmayıllı rayonu üzrə |
|||
|
32. |
Hüseynov Ağaələkbər Abdulla oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
33. |
Comərdov Həbib Mansur oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Giriş