Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
3 Aprel 2023 14:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
31 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, İsmayıllı, Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 15 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
| 1. |
Alyarov Xalid Kamran oğlu |
Yasamal rayonu, D.Bunyadzadə küçəsi 231 |
İnzibati protokol tərtib edilib |
| 2. |
Cümşüdov Teymur Məmmədəli oğlu |
Yasamal rayonu, D.Bunyadzadə küçəsi 232A |
İnzibati protokol tərtib edilib |
| 3. |
Məmmədov Mirzə Süleyman oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi |
İnzibati protokol tərtib edilib |
| 4. |
Abdullayev Tofik Həbulla oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 72 |
İnzibati protokol tərtib edilib |
| 5. |
Əmirov Rauf Sərvər oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 23 |
İnzibati protokol tərtib edilib |
| 6. |
Ələkbərov Ələkbər Köçəri oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
| 7. |
Xələfov Həsən Ənvər oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
| 8. |
İsmayılov Vüsal Mənsum oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
| 9. |
Hüseynov Şahin Qərib oğlu |
Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
10. |
Xəlilzadə Rəşid Hamlet oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
11. |
Məhərrəmov Nurlan Ramiz oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
12. |
Məmmədov Vahid Xamməd oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
13. |
Səlimov Elşən Abasət oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
İsmayıllı rayonu üzrə |
|||
|
14. |
Cəfərov Şahmar Sübhan oğlu |
Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şamaxı rayonu üzrə |
|||
|
15. |
Kərimov Elşən Arif oğlu |
N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş