“Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar öz işinə başlayıb
9 Dekabr 2019 12:50
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar öz işinə başlayıb. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə çıxış edib.
AQTA sədrinin müavini bildirib ki, bu gün yeni iqtisadi şəraitdə müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi, dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar, ölkəmizin nəhəng regional layihələrin həyata keçirilməsində artan rolu sənayenin, kənd təsərrüfatının yüksəlişinə, sahibkarlığın inkişafına şərait yaradıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanda qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı sahəsində idarəetmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və səmərəliliyin aparılması üçün son illərdə ciddi institusional və qanunvericilik islahatları həyata keçirilib. Bütün bunlarla yanaşı, sanitar, fitosanitar və baytarlıq normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir.
AQTA sədrinin müavini Rüfət Rüstəmzadə bildirib ki, “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində təşkil olunan bu beynəlxalq seminar qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılmasına köməklik göstərməklə müasir standartlara cavab verən, rəqabətə davamlı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyacına uyğun yüksək keyfiyyətli, təhlükəsiz qida məhsullarının istehsalına və ticarət dövriyyəsinin daha da artırılmasına öz töhfəsini verəcək.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyri-tarif tədbirlərinin artırılması, ticarətə və davamlı inkişafa təsirlər, qeyri-tarif tədbirləri üzrə bildiriş mexanizmləri və şəffaflığın vacibliyi barədə danışıb.
Tədbirdə qeyri-tarif tədbirlərində özəl sektorun perspektivi, sanitar və fitosanitar prosedur maneələrinin azaldılması və tənzimləyici təcrübələr, Azərbaycanda qeyri-tarif tədbirləri üzrə məlumat toplama nəticələrinin təqdimatı, qeyri-tarif tədbirlərinin ticarətə və davamlı inkişafa təsirini təhlil etmək və qiymətləndirmək, Asiya-Sakit Okean hövzəsində ticarətin asanlaşdırılması və rəqəmsallaşdırılmasının sürətləndirilməsi, dayanıqlı ticarət üçün beynəlxalq standartlar, qeyri-tarif tədbirləri və onların beynəlxalq standartlarla əlaqəsi mövzusunda çıxışlar olub. Mövzularla bağlı müzakirələr zamanı təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, seminar dekabrın 11-dək davam edəcək.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş