Qida əlavələrinin təhlükəsizliyinə dair beynəlxalq seminar keçirilib
25 Noyabr 2019 14:55
25 noyabr, 2019-cu il tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə Bakıda “Qida Əlavələrinin Təhlükəsizliyi” adlı beynəlxalq seminar keçirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd qida sənayesində qida əlavələrinin istifadəsində beynəlxalq təcrübələrin, metodologiya və təcrübələri müzakirə etməkdir. Ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir, lakin bu təşəbbüsün həyata keçirilməsi son illərdə qlobal səviyyədə daha da çətinləşib. Çünki ərzaq məhsullarının istehsalı, emalı və konservləşdirilməsi daha da mürəkkəb xarakter alıb və bu da öz növbəsində qida əlavələrindən istifadəyə tələbatı artırıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnistitutunun sədr müavini Camal Quliyev və USAİD-in Azərbaycandakı missiyasının direktor əvəzi Eileen Louless seminar iştirakçılarını salamlamış və bu cür platformanın, informasiya mübadiləsi, təcrübənin paylaşılması, bilik və bacarıqların əldə edilməsi, eləcə də ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarları cəlb etməklə müzakirələrin aparılması və xarici tərəfdaşlarla əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirdə təxminən 50 yerli istehsalçı və sahibkar, o cümlədən dövlət və beynəlxalq donor təşkilatlarının nümayəndələri iştirak ediblər. Forumda Türkiyənin Ankara və Qazi Universitetlərinin professorları, dietoloqların, AQTA, AQTİ və Kənd Təssərrüfatı Nazirliyinin nümayəndələri təqdimatla çıxış etmişdirlər.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş