Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
11 Aprel 2019 13:31
Aprelin 11-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağının aparılması, qeydiyyata alınması, idxalı, satışı və saxlanmasına dair sahibkarlarla görüş keçirilib. Tədbirdə AQTA sədrinin müavini Balarəhim Quliyev Agentlik tərəfindən bu istiqamətdə həyata keçrilən tədbirlərlə bağlı görüş iştirakçılarına geniş məlumat verib. B. Quliyev hazırda bu sahədə təkmilləşdirmə işlərinin aparıldığını sahibkarların diqqətinə çatdırıb. Sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib.
Qeyd olunub ki, qida təhlükəsizliyi sahəsində beynəlxalq praktikanın tətbiqi sahibkarlar üçün yeni imkanlar yaradacaq, istehlakçı hüquqlarının qorunmasına öz töhvəsini verəcəkdir. Sahibkarların ölkə ərazisinə idxal etdiyi bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin qanunvericiliyin tələblərinə və standartlara uyğun olmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə bitki mühafizə vasitələrinin dövriyyəsinin tənzimlənməsi, bitki mühafizə vasitələrinin milli məlumat bazasının yaradılması, yüksək toksiki ekoloji təhlükəli preparatların siyahısının layihəsi müzakirə olunub. Fermer təsərrüfatlarında çalışan işçilərin təhlükəsizliyinin qorunması, pestisidlər, aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrindən düzgün istifadə qaydalarının təşviqi ilə bağlı regionlarda maarifləndirici görüşlərin bundan sonra da mütəmadi olaraq həyata keçiriləcəyi vurğulanıb.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş