Zaqatalada fermerlərə təlim keçirilib
19 Aprel 2019 08:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizlik İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən Zaqatala rayonunda fermerlərə, torpaq mülkiyyətçilərinə və sahibkarlara fitosanitariya və baytarlıq sahəsində maarifləndirici təlim keçirilib. Təlimdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonundan olan fermerlər də iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev qeyd edib ki, məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, bitkiçilikdə zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, pestisidlərdən və kimyəvi dərmanlardan kortəbii istifadə zamanı bitki aləminə, ətraf mühitə və insan sağlamlığına vurulan ziyanın qarşısının alınmasıdır. Eyni zamanda heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik tədbirlərinin artırılması hesabına infeksion xəstəliklərin yayılmasının qarşısının alınması təlimin əsas mövzularından biri olub.
Təlimdə aqrar təsərrüfata yeni təhlükə-qəhvəyi mərmər taxtabiti, yovşanyarpaqlı ambroziya- zərəri, monitorinqi və mübarizə tədbirləri, pestisidlərlə işləyərkən təhlükəsizlik və şəxsi gigiyena qaydaları ilə bağlı iştirakçılara məlumat verilib. Həmçinin iştirakçılara heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik, infeksion xəstəliklərə qarşı ümumi baytarlıq profilaktika tədbirləri, kənd təsərrüfatı heyvanlarının yem rasionları normaları və onların tətbiqi üsulları ilə bağlı təqdimat edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara fitosanitariya və baytarlıq sahəsinə dair təlimat və bukletlər paylanılıb.
Tədbir rayonun bitkiçilik və heyvandarlıq sahələrinə aid istehsal yerlərində praktiki təlimlərlə yekunlaşıb.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş