16 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
19 Yanvar 2021 16:54
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.
15-18 yanvar 2021-ci il tarixlərdə AQTA tərəfindən ümumilikdə 16 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 10 ədədi Türkiyə Respublikası, 3 ədədi Çin Xalq Respublikası, 2 ədədi Rusiya Federasiyası, 1 ədədi isə Ukrayna istehsalıdır.
№ |
İstehsalçı ölkə |
İstehsalçı şirkət
|
Baytarlıq preparatı |
1 |
Rusiya Federasiyası |
ZAO Mikro-Plyus |
Maksidin 0,15 |
2 |
Rusiya Federasiyası |
NVC Aqrovetzaşita S-P MMC |
Helmisid R |
3 |
Ukrayna |
Ukrayna-Almaniya Elmi İstehsalat firması Brovafarma MMC |
Bi-Septim |
4 |
Türkiyə |
Topkim-Topkapı İlaç Premiks San və Tic. A.Ş. |
Ovizan |
5 |
Türkiyə |
Topkim-Topkapı İlaç Premiks San və Tic. A.Ş. |
Adesol AD3ER |
6 |
Türkiyə |
Topkim-Topkapı İlaç Premiks San və Tic. A.Ş. |
OXY-T |
7 |
Türkiyə |
Topkim-Topkapı İlaç Premiks San və Tic. A.Ş. |
Droncomplex |
8 |
Türkiyə |
Topkim-Topkapı İlaç Premiks San və Tic. A.Ş. |
Pentamicin LA R |
9 |
Türkiyə |
Topkim-Topkapı İlaç Premiks San və Tic. A.Ş. |
Fulinaljin R |
10 |
Türkiyə |
Topkim-Topkapı İlaç Premiks San və Tic. A.Ş. |
Combivet |
11 |
Türkiyə |
"Vilsan Veteriner Ilaçları Tic. ve San.A.Ş." |
Vilamoks 80R |
12 |
Türkiyə |
"Vilsan Veteriner Ilaçları Tic. ve San.A.Ş." |
Vil-floks R |
13 |
Türkiyə |
Veetal Hayvan Sağlığı ürünləri A.Ş |
POXVAC |
14 |
Çin Xalq Respublikası |
"Shandong Ruilisheng Pharmaceutical Co. Ltd" |
Alben Zanid Vet (Albendazole 3% and Oxyclozanide 6% suspension) |
15 |
Çin Xalq Respublikası |
"Shandong Ruilisheng Pharmaceutical Co. Ltd" |
Farmazin Vet (Tylosin Tartrate toz 100% |
16 |
Çin Xalq Respublikası |
"Shandong Ruilisheng Pharmaceutical Co. Ltd" |
Niclosomide 1250 mg Bolus Vet |
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı cari ilin 7-11 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, 62 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 40 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 400 baş, habelə 21 rayonun (şəhər) 243 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 742 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili zamanı quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil edilib.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.