Ağcabədi rayonunda istehlaka yararsız ətin dövriyyəsinin qarşısı alınıb
15 İyul 2024 10:55
![Ağcabədi rayonunda istehlaka yararsız ətin dövriyyəsinin qarşısı alınıb](https://afsa.gov.az/resized/resize649/center/pages/9328/0000001-0.jpg)
![Ağcabədi rayonunda istehlaka yararsız ətin dövriyyəsinin qarşısı alınıb](https://afsa.gov.az/resized/resize649/center/pages/9328/0000002.jpg)
![Ağcabədi rayonunda istehlaka yararsız ətin dövriyyəsinin qarşısı alınıb](https://afsa.gov.az/resized/resize649/center/pages/9328/0000001-0.jpg)
![Ağcabədi rayonunda istehlaka yararsız ətin dövriyyəsinin qarşısı alınıb](https://afsa.gov.az/resized/resize649/center/pages/9328/0000002.jpg)
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyata keçirdiyi birgə tədbirlər zamanı istehlaka yararsız, mənşəyi məlum olmayan ətin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Belə ki, rayonun Aşağı Avşar kəndində yaşayan fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Baxış zamanı kəsim sahəsinin qüvvədə olan normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, habelə kustar üsullarla təchiz edilmiş kəsim qurğuları müəyyən edilib. Fiziki şəxs Hüseynov Fuad Tahir oğlu izahatında kəsim sahəsini İsmayılov Cəmil Yunis oğlundan icarəyə götürdüyünü bildirib.
Aparılan araşdırma zamanı aşkarlanmış ətin məxsus olduğu heyvanın aqoniya halında kəsilməsinə və istehlak üçün yararsız olmasına (kəskin qoxu, ətdə yapışqanlılıq, ətin rənginin qeyri-spesifik olması və s.) əsaslı şübhələr yarandığı üçün 837 kq ət və subməhsullar müsadirə edilib. Müayinələrinin aparılması məqsədilə ətdən və subməhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyalarına təqdim olunub. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür](https://afsa.gov.az/resized/resize224/center/pages/9330/whatsapp-image-2024-07-15-at-105609.jpg)
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
![AQTA ilə İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib](https://afsa.gov.az/resized/resize224/center/pages/9316/foto-gorus-zoom.jpg)
AQTA ilə İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İqtisadi Əməkdaşlıq Təşkilatının Baytarlıq Komissiyasının İş planının icrası üzrə Texniki Komitənin 3-cü onlayn iclası keçirilib. Ölkəmizin sədrliyi ilə hibrit formatda keçirilən iclasda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və komitəyə üzv dövlətlərin nümayəndələri iştirak edib.
![Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9302/1-0.jpg)
Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb
Ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın müzakirəsi və dabaq xəstəliyi (FMD) üzrə yol xəritəsi ilə bağlı keçirilən üçgünlük beynəlxalq tədbir yekunlaşıb.
![AQTA bioloji aktiv qida məhsullarının qeydiyyatına başladı](https://img.youtube.com/vi/ZD6Dt0TQg58/hqdefault.jpg)