AQTA bu məhsulların idxalı, istifadəsi və satışı ilə bağlı qərar qəbul etdi
4 Sentyabr 2018 00:00
Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunmuşdur.
Qeyd olunan məhsulların siyahısı ilə Əlavə 1-də tanış ola bilərsiniz.
Bununla yanaşı, aparılan analitik ekspertiza nəticəsində bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, Əlavə 2-də adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.
Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.
Əlavə 1
İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar
Sıra sayı |
Məhsulun adı |
İstehsalçı (firma və ölkə) |
Müayinənin nəticəsi |
1 |
SEDALİN FORTE |
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ |
mənfi rəy |
2 |
LARGOVIT KIDS |
"Pharmaex Rom İndustry", Rumıniya |
mənfi rəy |
3 |
MAX POWDER WOMAN |
"S.C Laboratoarele Medica S.R.L." Türkiyə |
mənfi rəy |
4 |
Lipocalin |
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ |
mənfi rəy |
5 |
DETRIVI |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
6 |
CHONDROCHOL |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
7 |
VITAZIM |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
8 |
ORGENZYME |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
9 |
VENOLAST |
"Gricar Chemical S.R.L." İtaliya |
mənfi rəy |
10 |
Qrenofa |
"Wallmark" Çex Respubilkası |
mənfi rəy |
11 |
Miks Nevro |
"TİVİT" Litva |
mənfi rəy |
12 |
FERROFOL |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
mənfi rəy |
13 |
ASFERTİL N30 |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti |
mənfi rəy |
14 |
SİTRATİN |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti |
mənfi rəy |
15 |
UROLİZİN |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti |
mənfi rəy |
Əlavə 2
Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri
Sıra sayı
|
Məhsulun adı
|
İstehsalçı (firma və ölkə)
|
Müayinənin nəticəsi
|
1 |
CEREBROVİT B 12 |
"Fortex Nutraceuticals Ltd", Bolqarstan |
dərman vasitəsi |
2 |
Nutraxin Vitamin C |
"BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə |
dərman vasitəsi |
3 |
Nutraxin Ginkgo Biloba |
"BİOTABİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə |
dərman vasitəsi |
4 |
Kullinar kapsul №30 |
"Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə |
dərman vasitəsi |
5 |
İNTRONEF |
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ |
dərman vasitəsi |
6 |
NUTRAXİN PROPOLİS |
"BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə |
dərman vasitəsi |
7 |
Nutraxin A-Oxi formula |
"BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə |
dərman vasitəsi |
8 |
Zanuvit D3 damcı 20 ml |
"Santasya İlaç Kozm. Med. İtr. Paz. Sağ. və İnş Hizm. San Tic. Ltd. Şti.," Türkiyə |
dərman vasitəsi |
9 |
ZİNOFEN FM kapsul №30 |
"Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə |
dərman vasitəsi |
10 |
LUZAKTOL kapsul No.30 |
"Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə |
dərman vasitəsi |
11 |
İNOSTRES tablet No.30 |
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ |
dərman vasitəsi |
12 |
MULTİ_DAY kapsul No.30 |
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ |
dərman vasitəsi |
13 |
FERSİLON tablet No.30 |
"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ |
dərman vasitəsi |
14 |
Montana tablet No.30 |
"Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə |
dərman vasitəsi |
15 |
Sharks |
"Saşera-Med" MMC" Rusiya |
dərman vasitəsi |
16 |
EROCTİVE |
"Saşera-Med" MMC" Rusiya |
dərman vasitəsi |
17 |
PERKALSİN |
Laboratoarele Remedia, Ruminiya |
dərman vasitəsi |
18 |
MAXİDAY |
Koç İlaç Ksisel Bakım ve Bitkisel Ürünler Sağ.Paz.İth.Uhr.San.Tic.Ltd.Sti./Koc Pharmaceuticals Co.LTD.-Türkiyə |
dərman vasitəsi |
19 |
Vitaritm |
Vega İlaç Kozmetik Gida İmalat San.TicşLtd.Sti -Türkiyə |
dərman vasitəsi |
20 |
MAKSİKOR |
Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə |
dərman vasitəsi |
21 |
DEMETRA |
Par Pak d.o.o-Serbiya |
dərman vasitəsi |
22 |
Enuro-N |
Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə |
dərman vasitəsi |
23 |
LOVİSTERON |
Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə |
dərman vasitəsi |
24 |
MELAC-B6 |
Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə |
dərman vasitəsi |
25 |
RINASEPT BAL-LIMON |
Lozen Pharma-Hindistan |
dərman vasitəsi |
26 |
Natural qurd qovucu |
Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə |
dərman vasitəsi |
27 |
Likefil |
Afsannyl Bitkisel ve Kozmetik Ürünler Ticareti İthalatı İhracatı-Türkiyə |
dərman vasitəsi |
28 |
Natural Multi Vitamin şərbət |
Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə |
dərman vasitəsi |
29 |
NATURAL Kalsium |
Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə |
dərman vasitəsi |
30 |
FURİYA |
Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə |
dərman vasitəsi |
31 |
Avitron(tablet N60) |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
dərman vasitəsi |
32 |
ASCORKAP |
West-pharma-East-Litva |
dərman vasitəsi |
33 |
Immunitex tablet N30 |
Ornado Medicine S.R.L-İtaliya |
dərman vasitəsi |
34 |
SWISS ENERGY VITAMIN C 550 mg N20 |
KENDLY LTD-Bolqarıstan |
dərman vasitəsi |
35 |
GRENOVIT(istehsalçı ölkədə MULTİOMEGA) |
Domowa Apteczka-Polşa |
dərman vasitəsi |
36 |
Enzo plus, kapsul N30 |
Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə |
dərman vasitəsi |
37 |
Brocsevin |
Gricar Chemical SRL-İtaliya |
dərman vasitəsi |
38 |
MEDEFER |
Grand Medical-Polşa |
dərman vasitəsi |
39 |
HEPAMAR |
Fortex Nutraceuticals LTD-Bolqariya |
dərman vasitəsi |
40 |
HELON |
Deva Ticaret-Türkiyə |
dərman vasitəsi |
41 |
İntroserebral |
GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə |
dərman vasitəsi |
42 |
Ginbevit |
Pharmacy Laboratories s.c.-Polşa |
dərman vasitəsi |
43 |
GUTROL |
Fortex Nutraceuticals LTD-Bolqariya |
dərman vasitəsi |
44 |
PROSVENT |
SC Laboratoarele Medical S.R.L Rumıniyanın |
dərman vasitəsi |
45 |
MAMATON |
“Ceego Labs Pvt.Ltd” Hindistan |
dərman vasitəsi |
46 |
CARTİSİN |
“Ceego Labs Pvt.Ltd” Hindistan |
dərman vasitəsi |
47 |
“NUTRAXİN ULTRA MEN” |
"BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə |
dərman vasitəsi |
48 |
“SİBERİAN GİNSENG” |
“Sirio Pharma Co.Ltd.” Çin |
dərman vasitəsi |
49 |
İMPULSİN |
"Saşera-Med" MMC" Rusiya |
dərman vasitəsi |
50 |
Hero Active |
"Saşera-Med" MMC" Rusiya |
dərman vasitəsi |
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.