AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
12 Fevral 2021 16:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 11 fevral 2021-ci il tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 692 monitorinq keçirilib. Monitorinqlər zamanı 48 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Zabrat 1 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Balaşah Gülbala oğluna məxsus kafe;
2. Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev ev.5 ünvanında yerləşən, fiziki şəxs Karakele Ramazan İbrahim oğluna məxsus "Akdeniz" dönərxanası;
3. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev.5 ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşfiq Rəfael oğluna məxsus "Sərin" restoranı;
4. Bakı şəhəri, M. Rəsulzadə ev 6A ünvanında yerləşən, fiziki şəxs Məmmədov Zaur Arif oğluna məxsus restoran;
5. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Məhərrəm Seyidov küçəsi (sahil qəs.), ev.1 K ünvanında yerləşən, fiziki şəxs Ocaqverdiyeva Elnarə Qabil qızına məxsus çay evi;
6. Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 mkr, ev.3 ünvanında yerləşən, fiziki şəxs Piriyeva Şəfiqə Mehtiqulu qızına məxsus “Şəfa” kafesi;
7. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. ev. 56/58 ünvanında yerləşən, fiziki şəxs Həsənli Tural Nazim oğluna məxsus kafe;
8. Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə ev.42 ünvanında yerləşən, hüquqi şəxs "Simurq Travel" MMC-yə məxsus "Black Pub" kafesi;
9. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan pr., ev.35 m. ünvanında yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məhəmmədəli oğluna məxsus kafe;
10. Bakı şəhəri, G. S. Şıxlinski ev 1 ünvanında yerləşən, fiziki şəxs Qasımov Eldəniz Hüseyn oğluna məxsus dönər evi;
11. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq. ünvanında yerləşən, fiziki şəxs Mansurov Emin Bayram oğluna məxsus çay evi;
12. Bakı şəhəri, Mehmandarov küç., ev.133C m.13 ünvanında yerləşən, fiziki şəxs Quliyeva Leyla Nurəddin qızına məxsus restoran;
13. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən, fiziki şəxs İsmayılov Elməddin Şakir oğluna məxsus "Dəniz" çay evi;
14. Bakı şəhəri, Binəqədi rayonu , Binəqədi ştq., Gülməmməd Ramazanov (Binəqədi) küçəsində yerləşən, fiziki şəxs Hüseynov Anar Adil oğluna məxsus "Osmanlı dönər" kafesi;
15. Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov (Binəqədi) ev.153 ünvanında yerləşən, Qotaz Əzimova Şahab qızına məxsus kafe;
16. Sumqayıt şəhəri, məh. 45, Heydər Əliyev prospekti 513 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Qoşqar Cavanşir oğluna məxsus "Republic" kafesi;
17. Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən, fiziki şəxs Xəlilov Orxan Qurban oğluna məxsus "Dəm çayı" kafesi;
18. Sumqayıt şəhəri, məh. 47, Məzahir Abdullayev küçəsi,7 m. ünvanında yerləşən, fiziki şəxs Babaverdiyev Rəsul Rza oğluna məxsus "Mağara" kafesi;
19. Gəncə şəhəri, Atatürk pr. 232 ünvanında yerləşən, fiziki şəxs Quliyev Orxan Polad oğluna məxsus dönər evi;
20. Gəncə şəhəri, Zülfü Hacıyev 109 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Bəxtiyar Yusif oğluna məxsus restoran;
21. Göygöl rayonu, A. Kazımov küçəsində yerləşən, fiziki şəxs Musayev Neman Museyib oğluna məxsus kafe;
22. Göygöl rayonu, Aşıqlı kəndində yerləşən, fiziki şəxs Həsənov Təvəkgül Xanlar oğluna məxsus kafe;
23. Şirvan şəhəri, V. Mirzəyev küçəsində yerləşən, fiziki şəxs Hüseynov Əlisevər Həmzə oğluna məxsus restoran;
24. Şirvan şəhəri, T. İsmayəlov küçəsində yerləşən, fiziki şəxs Qarayev Ramil Şirəli oğluna məxsus restoran;
25. Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən, fiziki şəxs Bayramov Elnur Əziz oğluna məxsus kafe;
26. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Qəniyev Sadiq Səyyat oğluna məxsus çay evi;
27. Şamaxı rayonu, M. Ə. Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Dəmirov Cəllad Cəlil oğluna məxsus kafe;
28. İsmayıllı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Əliyev Azad Gülümşah oğluna məxsus çay evi;
29. Oğuz rayonu, H. Əliyev küçəsi, 73c ünvanında yerləşən, fiziki şəxs Mahmudzadə Nurlan Tahir oğluna məxsus kafe;
30. Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən, fiziki şəxs Rəcəbov Yusif Rəcəb oğluna məxsus kafe;
31. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən, fiziki şəxs Həsənov Cabir Durmuş oğluna məxsus kafe;
32. Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən, fiziki şəxs Məmmədov Hüseyn Sabir oğluna məxsus kafe;
33. Bərdə rayonu, Buruc kəndində yerləşən, fiziki şəxs Gözəlov Elnur Şakir oğluna məxsus kafe;
34. Bərdə rayonu, H. Əliyev pr. ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elman Telman oğluna məxsus kafe;
35. Bərdə rayonu, Eymur kəndində yerləşən, fiziki şəxs Çələbiyev Həsən Rəis oğluna məxsus restoran;
36. Bərdə rayonu, Eyvazlı kəndində yerləşən, fiziki şəxs Fətəliyev Famil İsa oğluna məxsus kafe;
37. Bərdə rayonu, Quzanlı qəsəbəsində yerləşən, fiziki şəxs Paşayev Bəxtiyar İldrım oğluna məxsus kafe;
38. Bərdə rayonu Xındırıstan kəndində yerləşən, fiziki şəxs Misirxanov Elgün Elgiz oğluna məxsus kafe;
39. Lənkəran rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Bədirov İntiqam Zöhrab oğluna məxsus kafe;
40. Lerik rayonu, Nərimanov küçəsində yerləşən, fiziki şəxs Qafarov Ramiz Cankişi oğluna məxsus kafe;
41. Masallı rayonunda yerləşən, fiziki şəxs Mirzəyev Famil Ağalar oğluna məxsus kafe;
42. Lənkəran şəhərində yerləşən, fiziki şəxs Səlimov Etiram Arzuman oğluna məxsus kafe;
43. Lerik rayonunda yerləşən, fiziki şəxs Əliyev Akif Balaşirin oğluna məxsus kafe;
44. Ağcabədi rayonu, Ü. Hacıbəyov küçəsində yerləşən, hüquqi şəxs İbadova Vüsalə Abbas qızına məxsus "Qaradolaq" kafesi;
45. Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, fiziki şəxs Həsənov Cahid Nurəddin oğluna məxsus "Cahid" kafesi;
46. Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, fiziki şəxs Kərimov Vüsal Rasim oğluna məxsus "Asim" dönər evi;
47. Şəmkir rayonunda yerləşən, fiziki şəxs Zeynalov Elmin Şahmar oğluna məxsus restoran;
48. Xaçmaz rayonu, Bakı prospektində yerləşən, Səfərov Zahir Tahir oğluna məxsus pub.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqi davam etdirilir
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. 2021-ci il 15 dekabr - 2025-ci il 8 yanvar tarixlərində respublika üzrə ailə-kəndli və fermer təsərrüfatlarında 446143 baş iribuynuzlu heyvan, 4302 baş at identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Bununla bağlı olaraq, ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı regionlarda müşavirələr keçirilir. Müşavirələrdə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilir. Qeyd edək ki, HİQS sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq 2024-cü ilin 16-20 dekabr tarixlərində həyata keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar müvafiq proqrama daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Monqolustanın Xovd vilayətində xırdabuynuzlu heyvanların taun və keçilərin yoluxucu plevropnevmoniyası, Avstriya Respublikasının Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol, Zalsburq ştatlarında blutanq, Polşa Respublikasının Mazoviesk, Lyubelinsk inzibati ərazilərində Nyukasl, Fransa Respublikasının Normandiya regionunda, İsrail Dövlətinin Mərkəz dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Xovd vilayətində xırdabuynuzlu heyvanların taun xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına, habelə qeyd olunan heyvanların Azərbaycan Respublikasının ərazisindən tranzitinə, eləcə də Xovd vilayətində keçilərin yoluxucu plevropnevmoniyası xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən qeyd olunan heyvanların tranzitinə, Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol və Zalsburq ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Mazoviesk və Lyubelinsk inzibati ərazilərində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Normandiya regionunda və Mərkəz dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.