AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
30 Mart 2021 15:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 29 mart 2021-ci il tarixində ölkə üzrə 441 ictimai iaşə obyektində 746 monitorinq keçirilib. Monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən, fiziki şəxs Şirəliyev Elşən Qasım oğluna məxsus “Qədim Qəbələ” restoranı;
2. Bakı şəhəri, Sabunçu rayonu, Ramana ŞTQ, Südçülük sovxozu ərazisində salınmış yeni yaşayış massivində yerləşən, fiziki şəxs Süleymanov Zamin Eldar oğluna məxsus kafe;
3. Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən, fiziki şəxs Rəhimov Yunis Adəm oğluna məxsus kafe;
4. Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən, fiziki şəxs Nəmətov Nemət Ağakişi oğluna məxsus kafe;
5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən, fiziki şəxs Ağayev Bəşir Əfqan oğluna məxsus restoran;
6. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Məmməd Hüsən oğluna məxsus kafe;
7. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ, Maştağa Qəsəbəsi, “Daş karxanası” adlanan ərazidə yerləşən, fiziki şəxs Əsədov Röyal Məhərrəm oğluna məxsus “Şah” dönər evi;
8. Bakı şəhəri, Xəzər rayonu, Mərdakan ŞTQ, Yesenin küçəsində yerləşən, fiziki şəxs Aslanov Denis Tahir oğluna məxsus kafe;
9. Bakı şəhəri, Xəzər rayonu, Maştağa-Buzovna yolunun kənarında yerləşən, fiziki şəxs Bağırov Şirin Nizami oğluna məxsus kafe;
10. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 2, m. 1 ünvanında yerləşən, hüquqi şəxs "Bakı Abadlıq Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Flarmoniya” kafesi;
11. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 88, m. 1 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Orxan Rasim oğluna məxsus restoran;
12. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Vilayət Yaqub oğluna məxsus restoran;
13. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 17c ünvanında yerləşən, fiziki şəxs Əlizadə Ülvi İlham oğluna məxsus kafe;
14. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs İsmayılova İlahə İsmayıl qızına məxsus kafe;
15. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 67, Belinski küçəsi, Heydar Əliyev adına neft emalı zavodu yaxınlığında yerləşən, fiziki şəxs Qədirli Nihad Fəxrəddin oğluna məxsus kafe;
16. Bakı şəhəri, Nərimanov rayonu, Neymətulla küçəsi, ev 26m ünvanında yerləşən, fiziki şəxs Əmirov Eldəniz Əfqan oğluna məxsus kafe;
17. Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi, 507-ci məhəllə, ev 2, mənzil 29 ünvanında yerləşən, fiziki şəxs Babayev Rasim Bayram oğluna məxsus "Nargilə" çay evi;
18. Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi, 507-ci məhəllə, ev 4, mənzil 29 ünvanında yerləşən, fiziki şəxs İbayeva Zülfiyyə Əbülfəz qızına məxsus "Göygöl" kafesi;
19. Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102/64, m. 78 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ramil Rafiq oğluna məxsus "Cafe de Flore" kafesi;
20. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, doğum evinin yanında yerləşən, fiziki şəxs Abdullayev Yaşar Əliağa oğluna məxsus “Göyəzən" kafesi;
21. Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci massivdə yerləşən, fiziki şəxs Heydər Fuad Oruc oğluna məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran;
22. İsmayıllı rayonu, Ələkbərzadə küçəsində yerləşən, fiziki şəxs Məmmədov Hakim Əmrah oğluna məxsus “Məxməri” çay evi;
23. Şirvan şəhəri, Fariz Eynullayev küçəsində yerləşən, fiziki şəxs Sadıxlı Natiq Nurəli oğluna məxsus dönər evi;
24. Tovuz rayonu, Əyyublu kəndində yerləşən, fiziki şəxs Qurbanov Azər İsgəndər oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Quş qripi xəstəliyi ilə bağlı bir sıra ərazilərə bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Nebraska, Miçiqan, Ohayo, Arkanzas, Qərbi Virciniya, Delaver, İndiana ştatlarında və Puerto-Riko ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu inzibati ərazi vahidlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bəzi ərazilərdən heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət qoyulub
Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 13-17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.