Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
20 İyun 2024 12:47
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür](https://afsa.gov.az/resized/resize649/center/pages/9210/epizootik-ag.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Kot-d'İvuar Respublikasının Komoe, Abican rayonlarında, Türkiyə Respublikasının Dənizli vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Vaşinqton, Nyu-York, Florida ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür](https://afsa.gov.az/resized/resize224/center/pages/9330/whatsapp-image-2024-07-15-at-105609.jpg)
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
![Ağcabədi rayonunda istehlaka yararsız ətin dövriyyəsinin qarşısı alınıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9328/0000001.jpg)
Ağcabədi rayonunda istehlaka yararsız ətin dövriyyəsinin qarşısı alınıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyata keçirdiyi birgə tədbirlər zamanı istehlaka yararsız, mənşəyi məlum olmayan ətin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
![AQTA ilə İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib](https://afsa.gov.az/resized/resize224/center/pages/9316/foto-gorus-zoom.jpg)
AQTA ilə İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İqtisadi Əməkdaşlıq Təşkilatının Baytarlıq Komissiyasının İş planının icrası üzrə Texniki Komitənin 3-cü onlayn iclası keçirilib. Ölkəmizin sədrliyi ilə hibrit formatda keçirilən iclasda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və komitəyə üzv dövlətlərin nümayəndələri iştirak edib.
![AQTA bioloji aktiv qida məhsullarının qeydiyyatına başladı](https://img.youtube.com/vi/ZD6Dt0TQg58/hqdefault.jpg)