“İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun forması təsdiq olunub
19 Fevral 2024 11:56

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun formasını təsdiq edib.
Agentlik tərəfindən “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportunun verilməsi haqqında” Əmr sözügedən sahədə hüquqi tənzimlənmənin həyata keçirilməsi, bu sahədə beynəlxalq tələblərin yerinə yetirilməsi və heyvan sahiblərinin çoxsaylı müraciətləri nəzərə alınaraq verilib.
Əmrdə bildirilir ki, AQTA-nın regional bölmələri heyvan sahiblərinin Agentliyə olan müraciətlərinə əsasən, ev heyvanlarına baytarlıq pasportlarının verilməsini təmin edəcək və müvafiq pasport verilmiş heyvanların uçotunu həyata keçirəcək. Beynəlxalq standartlara uyğun olaraq, xarici ölkələrə məxsus baytarlıq pasportları olan it, pişik və digər ev heyvanlarının xarici ölkəyə aparılması zamanı isə baytarlıq pasportu tələb olunmur.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na əsasən, ev heyvanlarının xarici ölkəyə aparılması Agentliyin regional bölmələri tərəfindən baytarlıq şəhadətnaməsinin (sertifikatının) və müvafiq pasportun tərtib edilməsi ilə həyata keçirilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, baytarlıq pasportunun (bir sənəd) verilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün 20 manat məbləğində dövlət rüsumu müəyyən olunub.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində quş qripi xəstəliyinə qarşı 7-11 aprel tarixlərində epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar beynəlxalq sistemə daxil ediləcək. Monitorinq Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları və mütəxəssisləri ilə birlikdə həyata keçiriləcək. Tədbir müddətində götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.

Quş qripi xəstəliyinə qarşı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunan dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 64 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 230 baş, habelə 16 rayonun (şəhər) 152 ailə təsərrüfatından müxtəlif növ 472 baş ev quşundan qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələrinə, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və hər hansı şübhəli hala rast gəlinməyib.