“İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun forması təsdiq olunub
19 Fevral 2024 11:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun formasını təsdiq edib.
Agentlik tərəfindən “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportunun verilməsi haqqında” Əmr sözügedən sahədə hüquqi tənzimlənmənin həyata keçirilməsi, bu sahədə beynəlxalq tələblərin yerinə yetirilməsi və heyvan sahiblərinin çoxsaylı müraciətləri nəzərə alınaraq verilib.
Əmrdə bildirilir ki, AQTA-nın regional bölmələri heyvan sahiblərinin Agentliyə olan müraciətlərinə əsasən, ev heyvanlarına baytarlıq pasportlarının verilməsini təmin edəcək və müvafiq pasport verilmiş heyvanların uçotunu həyata keçirəcək. Beynəlxalq standartlara uyğun olaraq, xarici ölkələrə məxsus baytarlıq pasportları olan it, pişik və digər ev heyvanlarının xarici ölkəyə aparılması zamanı isə baytarlıq pasportu tələb olunmur.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na əsasən, ev heyvanlarının xarici ölkəyə aparılması Agentliyin regional bölmələri tərəfindən baytarlıq şəhadətnaməsinin (sertifikatının) və müvafiq pasportun tərtib edilməsi ilə həyata keçirilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, baytarlıq pasportunun (bir sənəd) verilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün 20 manat məbləğində dövlət rüsumu müəyyən olunub.
Oxşar xəbərlər
AQTA-da heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi məntəqələrinin fəaliyyəti, baytarlıq nəzarətinin gücləndirilməsi və ət məhsullarının təhlükəsizliyinin təmin olunması ilə bağlı sahibkarlar və baytar həkimlərin iştirakı ilə görüş keçirilib. Görüşdə kəsim prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkili, heyvanların identifikasiyası, kəsim əməliyyatlarının AQTİS-də qeydiyyatı və ətin dövriyyəsində izlənəbilənliyin təmin edilməsi məsələləri müzakirə olunub. Kəsim məntəqələrində aparılmış qiymətləndirmələrin nəticələri də müzakirə edilib. Bəzi məntəqələrdə baytarlıq-sanitariya və digər tələblərlə bağlı nöqsanların aşkarlandığı bildirilib, sahibkarlara çatışmazlıqların müəyyən edilmiş müddətdə aradan qaldırılması tövsiyə edilib. Bildirilib ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, kəsim məntəqələrinin sahibləri baytar həkimləri özləri seçə, həmçinin AQTİ tərəfindən cəlb edilən mütəxəssislərlə yanaşı, əlavə baytar həkimlər də iştirak edə bilər. Bu dəyişiklik kəsim prosesində baytarlıq nəzarətinin operativliyinin və səmərəliliyinin artırılmasına xidmət edir. Diqqətə çatdırılıb ki, heyvanların identifikasiyası onların mənşəyinin və hərəkətinin izlənilməsi, xəstəlik risklərinin vaxtında müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kəsimdən sonra müvafiq məlumatlar AQTİS-də qeydiyyata alınmalıdır. Eyni zamanda, kəsim məntəqələrindən restoranlara, şadlıq evlərinə və digər ictimai iaşə obyektlərinə göndərilən ət məhsullarının müşayiətedici sənədlərlə təmin olunması diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, qanunsuz heyvan kəsimi hallarına qarşı nəzarət tədbirlərinin gücləndiriləcəyi vurğulanıb. Qanunvericiliyin tələblərini pozan, aşkar edilmiş nöqsanları aradan qaldırmayan sahibkarlar barəsində müvafiq inzibati tədbirlər görüləcəyi bildirilib. Qeyd olunub ki, heyvan kəsimi məntəqələrində tələblərə əməl olunması, baytarlıq nəzarətinin düzgün təşkili və ətin mənşəyinin izlənilməsi istehlakçı sağlamlığının və qida təhlükəsizliyinin qorunmasının əsas şərtlərindəndir.
AQTA yanında İctimai Şuranın üzvü: Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında ilk növbədə heyvanın sağlamlıq statusu, ikinci mərhələdə isə ətin emalı prosesinin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Bu fikirləri AQTA yanında İctimai Şuranın üzvü, ADA Universitetinin dosenti Asəf Ömərov səsləndirib. Onun sözlərinə görə, qanunsuz fəaliyyət göstərən və qeydiyyatsız kəsim yerlərində ət məhsullarının çarpaz çirklənməsi riski daha yüksəkdir. Belə məntəqələrdə heyvan mənşəli tullantıların ətraf mühitə nəzarətsiz yayılması isə ekoloji problemlərə və sanitariya-gigiyena risklərinə səbəb olur. Asəf Ömərov qeyd edib ki, heyvanın istehlakçının gözü önündə kəsilməsi onun sağlamlığına tam zəmanət vermir. Belə ki, bruselyoz və vərəm kimi bəzi xəstəliklər kliniki əlamətlər olmadan müşahidə edilə bilər. “Bütün bu amilləri nəzərə alaraq, heyvanların gigiyenik-sanitariya tələblərinə cavab verən və qeydiyyata alınmış kəsim məntəqələrində kəsilməsi olduqca vacibdir”, – deyə Asəf Ömərov vurğulayıb. Daha ətraflı:
Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib
14–25 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə ərazisində arı xəstəliklərinə qarşı epizootoloji monitorinq keçirilib. Respublika üzrə 61 rayon və şəhəri, həmçinin 279 kənd və qəsəbəni əhatə edən tədbirlər çərçivəsində ümumilikdə 842 arıçılıq təsərrüfatında 21522 arı ailəsinin klinik vəziyyəti qiymətləndirilib. Monitorinqdə arılardan və pətəklərdən laborator müayinələr üçün 846 diaqnostik nümunə götürülüb. Eyni zamanda, təsərrüfat sahibləri arasında xəstəliklərin profilaktikası, biotəhlükəsizlik tədbirləri və baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması ilə bağlı maarifləndirmə işləri aparılıb. Götürülmüş nümunələrə dair epizootoloji məlumatlar “Epicollect5” elektron məlumat bazasına daxil edilib. Aparılan laborator müayinələrin nəticələrinə əsasən, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, Tropilaelaps gənələri və varroatoz xəstəliklərinə yoluxma halı qeydə alınmayıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş