Nyukasl və quş qripi xəstəliyi ilə bağlı bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
27 Fevral 2024 09:55
![Nyukasl və quş qripi xəstəliyi ilə bağlı bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/8620/xeber-formasi-nyukasl.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Polşa Respublikasının Podlask inzibati ərazisində Nyukasl, Amerika Birləşmiş Ştatlarının isə Merilend və Pensilvaniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
![Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/10236/whatsapp-image-2025-02-10-at-114252.jpg)
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 3-7 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı İmişli, Ağcabədi və Tərtər rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür](https://afsa.gov.az/resized/resize224/center/pages/10231/whatsapp-image-2025-02-07-at-092955.jpg)
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Peşt, Heveş bölgələrində, Amerika Birləşmiş Ştatlarının isə Şimali Karolina, Merilend, Florida ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
![Agentlik quş qripi ilə bağlı xəbərdarlıq edib](https://afsa.gov.az/resized/resize224/center/pages/10226/whatsapp-image-2025-02-06-at-112512.jpg)
Agentlik quş qripi ilə bağlı xəbərdarlıq edib
Xəbər verildiyi kimi, son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli region hesab edilir.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)