Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
28 Oktyabr 2024 12:07
![Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/9798/whatsapp-image-2024-10-28-at-105904.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 18-25 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron, Lənkəran rayonlarında fəaliyyət göstərən 51 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Hacıyev Nüsrət Hacı oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68 |
İnzibati protokol tərtib edilib |
|
Gülməmmədov Rahim Lazım oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Xəqani küçəsi |
İnzibati protokol tərtib edilib |
|
İsfəndiyarov Pərvin Sədrəddin oğlu |
Nizami rayonu, Q.Qarayev prospekti 126 |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Faiq Akif oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Elburus Zahid oğlu |
Nizami rayonu, B.Çobanzadə küçəsi 65 |
İnzibati protokol tərtib edilib |
|
Şahbazov Rafiq Məhiyəddin oğlu |
Nizami rayonu, E.Süleymanov küçəsi 133B |
İnzibati protokol tərtib edilib |
|
İbrahimov Kərim Fətulla oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 42 |
İnzibati protokol tərtib edilib |
|
Həsənov Qaraca Musa oğlu |
Nərimanov rayonu, A.Həydərov küçəsi 130 |
İnzibati protokol tərtib edilib |
|
Cəfərov Rafiq Misirxan oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Muradov Adil Əli oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əmirov Rəşad Rəşid oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şükürov Ceyhun Fuad oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Qoşa qapı küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Gözəlov Asəf Asif oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Atəmov Azər Ağadadaş oğlu |
Nizami rayonu, Ə.Kürçaylı küçəsi 1A |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Ruslan Mübariz oğlu |
Nizami rayonu, R.Teymurov küçəsi 63 |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Rövşən Əhliman oğlu |
Nizami rayonu, R.Teymurov küçəsi 21 |
İnzibati protokol tərtib edilib |
|
Hacıyev İdeal Asif oğlu |
Nizami rayonu, Özbəkistan küçəsi 26 |
İnzibati protokol tərtib edilib |
|
Qurbanov Arzu Cahandar oğlu |
Nizami rayonu, T.Abbasov küçəsi 37 |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Sadiq Qaçay oğlu |
Sabunçu rayonu, Pirşağı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Şirinov Sahil Ayaz oğlu |
Sabunçu rayonu, Pirşağı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Bayramov İsa Əlibala oğlu |
Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi |
İnzibati protokol tərtib edilib |
|
İbadov Vaqif Qalib oğlu |
Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Həsənov Nizami Bəxtiyar oğlu |
Nizami rayonu, K.Balakişiyev küçəsi 61 |
İnzibati protokol tərtib edilib |
|
Fərmanov Mübariz Yusif oğlu |
Nizami rayonu, R.Rüstəmov küçəsi 51 |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Məhəmmədəli Akim oğlu |
Nizami rayonu, Ə.Kürçaylı küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
|
Qədirov Coşqun Niyaməddin oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi 20 |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Namiq Əliverdi oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Axundov Seyid Hüseyn oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Axundov Mirənvər Zülfüqar oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Xəyal" bazarı |
İnzibati protokol tərtib edilib |
|
Hüseynov Hatəm Emin oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əhmədov Mehman Nazim oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Tağızadə Əli Vidadi oğlu |
Nizami rayonu, Özbəkistan küçəsi 3A |
İnzibati protokol tərtib edilib |
|
Əzizzadə Fuad Səfər oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
|
Osmanov İlqar Qəhrəman oğlu |
Nizami rayonu, Q.Qarayev küçəsi 26 |
İnzibati protokol tərtib edilib |
|
Əhmədov Hilal Xudakərim oğlu |
Nizami rayonu, O.Vəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
İbrahimov Vidadi İbrahim oğlu |
Nizami rayonu, O.Vəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Hacıxanov Vüqar İdris oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Atababayev Xanbala Əlibala oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Əlifağa Fətəli oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Səfərov Zöhrab Fərhad oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Atababa Qədir oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Sumqayıt şəhəri üzrə |
|||
|
Əhmədov İmdad Əhməd oğlu |
Sumqayıt şəhəri, 11-ci mikrorayon |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Nicat Bahadır oğlu |
Sumqayıt şəhəri, 42-ci məhəllə |
İnzibati protokol tərtib edilib |
|
Kərimov Əmrah Famil oğlu |
Sumqayıt şəhəri, 42-ci məhəllə |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
|
Məmmədov Abit Sədiyyə oğlu |
Mehdiabad qəsəbəsi, 28 May küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Cəfərov Ramil Mirzə oğlu |
Mehdiabad qəsəbəsi, 28 May küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Cəfər Ağamalı oğlu |
Mehdiabad qəsəbəsi, 28 May küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şükürov Namiq Pəsi oğlu |
Mehdiabad qəsəbəsi, 28 May küçəsi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
|
Əlizadə Röyal Asif oğlu |
Z.Əliyeva küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əsgərov Fariz Məlik oğlu |
Gərmətük qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Cabbarov Mais Qəhrəman oğlu |
Gərmətük qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
![Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə](https://afsa.gov.az/resized/resize224/center/pages/10219/whatsapp-image-2025-02-05-at-125502.jpg)
Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası ABŞ-ın “OTSC - Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Aflatoksinin ümumi miqdarı” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib. Milli Referens Laboratoriyasının bu uğuru təsadüfi deyil. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Laboratoriyalarda qabaqcıl texnologiyalar tətbiq olunur. Milli Referens Laboratoriyasının apardığı uğurlu müayinələr nəticəsində ölkəmizdə istehsal edilən fındıq məhsullarında aflatoksinin yaranma riski minimuma endirilib. Buna görə də, 2024-cü il ərzində Avropa bazarlarına ixrac olunan məhsullarda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb. Bu nailiyyət qida məhsullarının ixracı zamanı tətbiq olunan gücləndirilmiş nəzarət tədbirlərinin nəticəsidir. Milli Referens Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrləri yüksək səviyyədə yoxlanılır. Burada mikrobioloji, fiziki-kimyəvi, cihaz müayinələri aparılır. Səriştəliliyin artırılması üçün kadrlar təlimlərə cəlb olunur. Həmçinin onların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
![Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib](https://afsa.gov.az/resized/resize224/center/pages/10220/whatsapp-image-2025-02-05-at-122228-1.jpg)
Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib
Nəzarət tədbirləri çərçivəsində “Frutti Agro” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici −Tut qalxanlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanmış 11000 ədəd nektarin tingi fitosanitar müfəttişlərin nəzarəti altında mexaniki üsulla təmizlənib, əkin sahəsi nəzarətə götürülüb.
![Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10218/whatsapp-image-2025-02-05-at-105941-1.jpg)
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
13-17 yanvar tarixlərində respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş ərazilərdə vəhşi quşlara klinik baxış keçirilib, 64 baş müxtəlif növ vəhşi quşdan nümunələr götürülüb. Bundan əlavə, 30 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 300 baş, habelə 19 rayonun (şəhər) 206 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 634 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib, toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.