Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
31 Mart 2023 14:31
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
30 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Xaçmaz, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 29 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Rüstəmov Ehtiram Şahmar oğlu |
Yasamal rayonu, 2-ci Alatava, ev 28/10 |
İnzibati protokol tərtib edilib |
2. |
Nəsibov Ramiz Məhəmməd oğlu |
Yasamal rayonu, 2-ci Alatava küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Əliyev Əhliman Hüseyn oğlu |
Yasamal rayonu, 2-ci Alatava küçəsi |
İnzibati protokol tərtib edilib |
4. |
Abdullayev Bəhruz Adil oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
5. |
Muradov Eyvaz Vəlixan oğlu |
Yasamal rayonu, Yeni Yasamal 2, bina 4d |
İnzibati protokol tərtib edilib |
6. |
Qarayev Namiq Hacı oğlu |
Yeni Yasamal 1, Dairəvi meydan |
İnzibati protokol tərtib edilib |
7. |
Muradov Zakir Vəlixan oğlu |
Yasamal rayonu, Yeni Yasamal 2, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
8. |
Alyarov İsrail Kamran oğlu |
Yasamal rayonu, Yeni Yasamal 2, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
9. |
Babayev Murtuz Azad oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 370A |
İnzibati protokol tərtib edilib |
10. |
Zeynalov Murad Saday oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196 |
İnzibati protokol tərtib edilib |
11. |
Rüstəmov Ceyhun Atabala oğlu |
Yasamal rayonu, D.Bünyadzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
12. |
Qədimalıyev Səfəralı Çərkəz oğlu |
Yeni Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
13. |
Əliyev Eldəniz Valeh oğlu |
Yeni Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
14. |
Şahsuvarov Şahsuvar Bəxtiyar oğlu |
Yasamal rayonu, D.Bünyadzadə küçəsi 11 |
İnzibati protokol tərtib edilib |
15. |
Zülfüqarov Hüseyn Zaur oğlu |
Yasamal rayonu, Z.Kərimov küçəsi 269 |
İnzibati protokol tərtib edilib |
16. |
Səmədov Etibar Eldar oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi “Qarabağ Halal Kəsilmis Ət Məhsulları” dükanı |
İnzibati protokol tərtib edilib |
17. |
Muradov Yunus Ramil oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi 95 |
İnzibati protokol tərtib edilib |
18. |
Salamov Elmir Rafiq oğlu |
Yasamal rayonu, X.Dadaşov küçəsi 221 |
İnzibati protokol tərtib edilib |
19. |
Ağalarov Rauf Cümşüd oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi 67 |
İnzibati protokol tərtib edilib |
20. |
Pənəliyev Tehran Novruz oğlu |
Suraxanı rayonu, Günəşli qəsəbəsi, V Massivi |
İnzibati protokol tərtib edilib |
21. |
Kamalzadə Taleh Elşən oğlu |
Suraxanı rayonu, Günəşli qəsəbəsi, V Massivi |
İnzibati protokol tərtib edilib |
22. |
Ağayev Əkbər Allahverdi oğlu |
Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB Massivi |
İnzibati protokol tərtib edilib |
23. |
Quliyev Ənsər Faiq oğlu |
Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB Massivi |
İnzibati protokol tərtib edilib |
24. |
Əliyev Qiyas İlham oğlu |
Suraxanı rayonu, Günəşli qəsəbəsi, V Massivi |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
25. |
Məlikov Ənvər Əlizadə oğlu |
Hökməli qəsəbəsi, Hökməli-Qobu yolu |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
26. |
Məmmədov Fəqan Etibar oğlu |
Hökməli qəsəbəsi, Hökməli-Qobu yolu |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
27. |
Allahyarov Süleyman Ziyəddin oğlu |
Hökməli qəsəbəsi, Hökməli-Qobu yolu |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
Xaçmaz rayonu üzrə |
|||
28. |
Məmmədov Cavid Əhmədağa oğlu |
H.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
29. |
Qasımov Mirmayıl Mirəli oğlu |
Xaçmaz şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
30. |
İbadov Elnur Xanhüseyn oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.