Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
5 Aprel 2023 15:59
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
3-4 aprel tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, Tovuz, Qazax, Şamaxı, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 31 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Abbasov Elgün Valey oğlu |
Xətai rayonu, İ.Zülfüqarov küçəsi 89 |
İnzibati protokol tərtib edilib |
2. |
Əliyev Habil Oruc oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi 11A |
İnzibati protokol tərtib edilib |
3. |
Hüseynov Azad Musabala oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi 155 |
İnzibati protokol tərtib edilib |
4. |
Məmmədov Namiq Məhəmməd oğlu |
Nərimanov rayonu ,Ə.Əliyev küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
5. |
Mahmudov Mahmud Mədət oğlu |
Nərmanov rayonu, Ə.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
6. |
Məmmədov Süleyman Ağagül oğlu |
Nərimanov rayonu, Daş Karxanası küçəsi |
İnzibati protokol tərtib edilib |
7. |
Cəbrayılov Əlövsət Şamil oğlu |
Nərimanov rayonu, Daş karxanası küçəsi 414 |
İnzibati protokol tərtib edilib |
8. |
Quliyev İkram Nizami oğlu |
Qaradağ rayonu, Lökbatan qəs., keçid 1596, B.Niftəliyev küçəsi, bina 38 |
İnzibati protokol tərtib edilib |
9.. |
Nağıyev Elşad Nağı oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv |
İnzibati protokol tərtib edilib |
10. |
Ələkbərov Fariz İbad oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv |
İnzibati protokol tərtib edilib |
11. |
Ağakişiyev Elşad Lətif oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
12. |
Yusifov Arif Cəlal oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi, keçid 1596 |
İnzibati protokol tərtib edilib |
13. |
Dərdayılov İntiqam Rəfail oğlu |
Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
14. |
Xəlilov Nazim Muxtar oğlu |
Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
15. |
Nəbiyev Ərşad Nəsir oğlu |
Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi |
İnzibati protokol tərtib edilib |
16. |
Əlizadə Ələddin Məhiyəddin oğlu |
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
17. |
Kəlbiyev Seymur Faiq oğlu |
H.Aslanov küçəsi |
İnzibati protokol tərtib edilib |
18. |
Kəlbiyev Azər Şabala oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
19. |
Kərimov Bəhruz Səlim oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
20. |
Xalıqzadə Cövdət Eldar oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
21. |
Cavadov Əhmədağa Sabir oğlu |
Yeddioymaq kəndi |
İnzibati protokol tərtib edilib |
22. |
Rufullayev Raqif Vaqif oğlu |
Binə Xocavar kəndi |
İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə |
|||
23. |
Nəbiyev Mehdi Akif oğlu |
Hüseynbəyli kəndi |
İnzibati protokol tərtib edilib |
Şamaxı rayonu üzrə |
|||
24. |
İbrahimov Seymur Nifdulla oğlu |
N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
25. |
Zeynalov Mərdan Bahadur oğlu |
İbrahimhacılı kəndi |
İnzibati protokol tərtib edilib |
26. |
Əsgərov Elvin Ələddin oğlu |
İbrahimhacılı kəndi |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
27. |
Qasımov Mirmayıl Mirəli oğlu |
Xaçmaz şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
28. |
Fərzəliyev Rəsul Salamı oğlu |
N.Nərimanov prospekti |
İnzibati protokol tərtib edilib |
29. |
Məmmədov Cavid Əhmədağa oğlu |
H.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
30. |
Qasımov Davud Həmdulla oğlu |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
31. |
Məmmədov Əfqan Novruz oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.