Qida Təhlükəsizliyi Agentliyi istixana kompleksində monitorinq keçirib
30 May 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərindəki monitorinqləri çərçivəsində 30 may tarixində “Azərsun Holdinq”ə məxsus “Green Tech” MMC-də istixana kompleksinə baxış keçiriblər.
Monitorinq zamanı istehsalçılara qida təhlükəsizliyi sahəsində dövlət siyasəti, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qarşıya qoyulan tələblər barədə geniş məlumat verilib. Bildirilib ki, 1 iyul 2018-ci il tarixindən etibarən Agentlik qida təhlükəsizliyi qeydiyyatı, bu sahədə dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər istiqamətlərində fəaliyyəti həyata keçirəcək.
Agentliyin mütəxəssisləri monitorinq zamanı müəssisə əməkdaşlarına qida zəncirinin bütün mərhələlərində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirərək onlara məlumatverici təlimatlar təqdim ediblər.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi 22 may tarixindən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə maarifləndirici monitorinqlərə başlayıb.
Oxşar xəbərlər
AQTA heyvan satışı bazarlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur.
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə bir sıra ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.