Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Latviyada işgüzar səfərdədir
31 May 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaradılmış işçi qrupu ve qida sahəsində fəaliyyət göstərən özəl şirkətlərdən ibarət nümayəndə heyəti Avropa İttifaqinin “Qida və Yem Məhsullarinin Təhlükəsizliyinə Rəsmi Nəzarət Sahəsində Azərbaycan Hökumətinin İnstitusional Bacarıqlarının Gücləndirilməsi” layihəsi çərçivəsində Latviya Respublikasında səfərdədir.
Tanışlıq səfərinin məqsədi qida təhlükəsizliyinə nəzarət, qida təhlükəsizliyinin təşkili və tətbiqi, eləcə də mərkəzləşdirilmiş dövlət nəzarəti sistemi daxilində heyvan və bitki sağlamlığı sahəsində qabaqcıl beynəlxalq təcrübələr haqqında bilik ve bacarıqların artırılmasıdır.
Nümayəndə heyəti səfər çərçivəsində Latviya Respublikasının Qida və Baytarlıq Xidmətində, Dövlət Bitki Mühafizəsi Xidmətində işgüzar görüşlər keçirib ve BIOR Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı ve Ətraf Mühit İnstitutunda olub. İşçi qrup daha sonra Qida və Baytarlıq Xidmətinin Valmiera şəhərində yerləşən idarəsində regional səviyyədə qida təhlükəsizliyi və baytarlığa rəsmi nəzarət işinin təşkili ve yerli südçülük istehsalı obyektinin fəaliyyəti ilə tanış olub.
Səfər Niderland Krallığının ve Belçika Krallığının qida təhlükəsizliyi üzrə məsul qurumlarında davam edəcək.
Oxşar xəbərlər
8 Avqust 2024 14:19
AQTA heyvan satışı bazarlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.
2 Avqust 2024 17:36
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur.
2 Avqust 2024 10:37
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə bir sıra ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Video
Ətraf mühitə töhfə - Ağstafada istifadəyə yararsız pestisidlərin daşınması həyata keçirilib
Son xəbərlər
14 Avqust 2024
Dönərxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
14 Avqust 2024
Digərləri
Lerikdə su istehsalı müəssisəsində yoxlama aparılıb
Əsas xəbərlər
9 Avqust 2024
Qoşqar Təhməzli Beyləqanda vətəndaşları qəbul edib
31 İyul 2024
AQTA nümayəndə heyəti Belarusda işgüzar səfərdə olub
29 İyul 2024
AQTA sədri Beyləqanda vətəndaşları qəbul edəcək
25 İyul 2024
Digərləri
AQTA ölkəyə yem məhsulları və yem əlavəsi idxal etmək istəyən sahibkarlara xəbərdarlıq edib
Maarifləndirmə
2 Avqust 2024
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
2 Avqust 2024
Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!
29 İyul 2024
Digərləri