Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir
18 May 2018 00:00
![Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5752/1682484539214.jpg)
![Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5752/1682484539215.jpg)
![Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5752/1682484539216.jpg)
![Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5752/1682484539214.jpg)
![Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5752/1682484539215.jpg)
![Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/5752/1682484539216.jpg)
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 16–da Bakıda açılmış 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin üçüncü günündə də sahibkarlarla görüşlərini davam etdirib.
Agentliyin sədri "Azmeat Production" MMC, “Araz Aqro Qrup MMC”, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası və digər şirkətlərin nümayəndələrinə qida təhlükəsizliyi sahəsinin dövlət siyasəti, qarşıya qoyulan tələblər, habelə bu sahədə fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları barədə məlumat verib.
Q.Təhməzli qarşıda duran əsas vəzifələrdən birinin müasir standartlara uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalının olduğunu vurğulayıb.
Oxşar xəbərlər
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür](https://afsa.gov.az/resized/resize224/center/pages/9330/whatsapp-image-2024-07-15-at-105609.jpg)
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
![Ağcabədi rayonunda istehlaka yararsız ətin dövriyyəsinin qarşısı alınıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9328/0000001.jpg)
Ağcabədi rayonunda istehlaka yararsız ətin dövriyyəsinin qarşısı alınıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyata keçirdiyi birgə tədbirlər zamanı istehlaka yararsız, mənşəyi məlum olmayan ətin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
![AQTA ilə İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib](https://afsa.gov.az/resized/resize224/center/pages/9316/foto-gorus-zoom.jpg)
AQTA ilə İƏT-ə üzv ölkələrin müvafiq qurumları arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İqtisadi Əməkdaşlıq Təşkilatının Baytarlıq Komissiyasının İş planının icrası üzrə Texniki Komitənin 3-cü onlayn iclası keçirilib. Ölkəmizin sədrliyi ilə hibrit formatda keçirilən iclasda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və komitəyə üzv dövlətlərin nümayəndələri iştirak edib.
![AQTA bioloji aktiv qida məhsullarının qeydiyyatına başladı](https://img.youtube.com/vi/ZD6Dt0TQg58/hqdefault.jpg)