Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşüb, onları maraqlandıran suallara cavab verib
17 May 2018 00:00
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Mayın 16–da fəaliyyətə başlamış 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə sahibkarlarla görüşmüş, stendlərlə tanış olmuşdur.
Sərgidə iştirak edən "Özdad" MMC, Gilan Holdinq və digər şirkətlərin nümayəndələrini dinləyən Agentlik sədri, qida təhlükəsizliyi sahəsinin ölkə başçısının birbaşa diqqətində olduğunu vurğulayıb, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb. Həmçinin, sədr müasir standartlara cavab verən, beynəlxaq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyyə verib.
Q.Təhməzli Agentlik tərəfindən gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları və qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sahibkarları məlumatlandırıb.
Oxşar xəbərlər
AQTA heyvan satışı bazarlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur.
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə bir sıra ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.