Qurban bayramında heyvan kəsimi və satışının həyata keçiriləcəyi ünvanlar
20 Avqust 2018 00:00
Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir.
Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:
S/s |
Rayonlar |
Heyvan kəsimi və satışı məntəqələrinin ünvanları |
1 |
Səbail rayonu |
Gülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma idarəsinin arxası) |
2 |
|
20-ci sahə (Badamdar şossesi) |
3 |
Xətai rayonu |
Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında) |
4 |
|
Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi |
5 |
Binəqədi rayonu |
Biləcəri qəsəbəsi , Xocəsən -Biləcəri - Binəqədi yolu (dördyol adlanan yer) |
6 |
|
Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı) |
7 |
|
Cəfər Xəndan küçəsi 54 ("Ət pavilyonu") |
8 |
|
Şərifzadə küçəsi 196 |
9 |
Yasamal rayonu |
Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 7 |
10 |
|
M.Xiyabani küçəsi 10c |
11 |
|
Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi) |
12 |
Qaradağ rayonu |
Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı) |
13 |
|
"Qoç-ət" MMC , Lökbatan qəsəbəsi |
14 |
Nizami rayonu |
M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi |
15 |
|
"Azər-Aqro" MMC , Yeni Bakı Neftayırma Zavodu dairəsi
|
16 |
|
Əliyar Əliyev küçəsi 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi) |
17 |
Nərimanov rayonu |
Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı |
18 |
|
Əlyar Əliyev küçəsi 36a ("Təbriz" KM, Keşlə bazarı) |
19 |
Suraxanı rayonu |
Hövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı) |
20 |
|
Yeni Günəşli V massivi ("Günəş" Ticarət Mərkəzi) |
21 |
Xəzər rayonu |
Qala qəsəbəsi Dəmiryol stansiyası (“Lambir” müəssisənin arxası) |
22 |
|
Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC |
23 |
Abşeron rayonu |
"Səhliyalı" MMC,Xırdalan şəhəri Quşçuluq massivi |
24 |
|
Zabrat yolu "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə |
25 |
|
Zabrat-Kürdaxanı şossesinin sağ tərəfi |
26 |
|
Zabrat-Maştağa şosesi ("Kanal" marketin yanı) |
27 |
|
Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72 |
28 |
Sabunçu rayonu |
Nardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 107 |
29 |
|
Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti) |
30 |
|
Ramana qəsəbəsi, Şuşa küçəsi |
31 |
|
Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi |
32 |
|
Sabunçu rayonu, Zabrat qəsəbəsi "Azmeat" MMC |
33 |
|
Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6 |
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniya Respublikasının Korça və Tirana bölgələrində xırdabuynuzlu heyvanların taunu, Rumıniyanın Teleorman inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək, Kamboca Krallığının Pursat əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri ev və diri xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, habelə tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyət nəzarətdə saxlanılır - VİDEOMƏLUMAT
AQTA biotəhlükəsizliyin təmin edilməsi məqsədilə həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim nəzarətdə saxlayır. Agentlik sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə yeni layihəyə başlayıb. Layihə çərçivəsində AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı məlumatları mütəmadi olaraq təqdim edəcək.