Respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçiriləcək
2 Avqust 2023 14:08

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə respublika ərazisində müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqləri davam etdirir.
Belə ki, 7-11 avqust tarixlərində işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Laçın və Kəlbəcər rayonlarının ərazisindəki heyvandarlıq təsərrüfatlarında epizootoloji monitorinqlərin keçirilməsi planlaşdırılıb. Monitorinqlər zamanı heyvanlardan götürüləcək diaqnostik nümunələrin müayinələri “Azərbaycan Respublikasının 2023-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”nda nəzərdə tutulan xəstəliklər üzrə aparılacaq. Eyni zamanda, 14-18 avqust tarixlərində Bakı və Mingəçevir şəhərlərindəki, eləcə də Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Kürdəmir, Bərdə, Şəmkir, Hacıqabul, Salyan, Neftçala, Astara və Xaçmaz rayonlarındakı balıqçılıq, 21-25 avqust tarixlərində isə Qusar, İsmayıllı, Daşkəsən, Qax, Şəki, Lerik, Astara, Laçın və Kəlbəcər rayonlarındakı arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlərin keçirilməsi və laborator nümunələrin götürülməsi nəzərdə tutulub. Bu monitorinqlər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilən, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların və arıların infeksion və invazion xəstəliklərinə qarşı aparılacaq.
Monitorinqlərdə AQTA-nın və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və tabeliyində olan idarələrin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssislərinin iştirakı planlaşdırılıb.
Monitorinqlər çərçivəsində əldə olunacaq epizootoloji və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Eyni zamanda, götürülmüş nümunələr müvafiq müayinələrin aparılması məqsədilə AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq.
Oxşar xəbərlər

Bolqarıstanın Burqas vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Bolqarıstan Respublikasının Burqas vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Şimali-Hollandiya, Utrext əyalətlərində blutanq, Rusiya Federasiyasının Udmurtiya Respublikasında, Xantı-Mansi muxtar dairəsində Nyukasl, Peru Respublikasının İka regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Pakistan İslam Respublikasının Pəncab, Şimal-Qərb Frontier regionlarında, Moldova Respublikasının Faleşti rayonunda, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota, Kolorado, Miçiqan, Pensilvaniya, Nebraska, Nevada ştatlarında, Argentina Respublikasının isə Buenos-Ayres, Rio-Neqro, Neuqen, Kordova, Santa-Fe, Çubut, Entre-Rios əyalətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
