“WorldFood Azerbaijan”, “Caspian Agro ” və “IpackCaspian” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib
15 May 2018 00:00
Mayın 15-də 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında “ITE Group” şirkətinin regional direktoru Edvard Stroon bildirib ki, ötən illə müqayisədə builki sərgilərdə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım müşahidə olunur. E.Stroon bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrupun iştirak etdiyini nəzərə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya Təminatı və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov demişdir ki, builki sərgilərdə 34 ölkədən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçılar təşkil edirlər.
Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev belə mühüm tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsinin Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması və əlverişli investisiya mühitinin, cəlbedici təşəbbüslərin beynəlxalq işguzar dairələrə çatdırılmasında və dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynadığını vurğulayıb.
Təşkilatçılar sərgilər haqqında geniş məlumat verərək media nümayəndələrini 16-18 May tarixlərində Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərinə dəvət ediblər.
Oxşar xəbərlər
AQTA heyvan satışı bazarlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur.
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə bir sıra ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.