Bioloji parçalana bilən materialların faydası nədir?
27 Avqust 2024 09:43
Qida sənayesində geniş istifadə olunan qablaşdırma materiallarından biri də plastik qablaşdırmadır. Dünyada hər il 250 milyon tondan çox istehsal edilən polistirol, polipropilen, polietilen, polimetilmetakrilat və polivinilxlorid kimi neft əsaslı sintetik plastiklər gündəlik həyatımızın bütün sahələrində geniş istifadə olunur. Belə neft əsaslı sintetik qablaşdırma materiallarının çürüməsi isə əsrlər ərzində baş verir. Nəticədə təbiətdə uzun müddət parçalana bilmədiyi üçün ətraf mühitin çirklənməsinə və digər zəhərli təsirlərə səbəb olur. Bu materiallardan yaranan tullantıların artması ekoloji problemlərə gətirib çıxarır.
Artan ekoloji problemlərin qarşısını almaq üçün sintetik qablaşdırma materiallarına alternativ olaraq bioloji parçalana bilən qida qablaşdırma materiallarının istifadəsini artırmaq məqsədəuyğundur. Plastik qablaşdırma ilə müqayisədə bioloji parçalana bilən qablaşdırma materialları faydalı ömrünü tamamladıqdan sonra parçalanmaqla ətraf mühitin çirklənməsinin qarşısını alır və özündən zərərli maddələr buraxmır. Çünki bu materialların istehsalında təbii ehtiyatlardan istifadə edilir. Bioloji parçalana bilən materiallara nişasta, sellüloza törəmələri, polihidroksialkonatlar, polilaktik turşu, poli-β-hidroksibutirat, polikaprolakton, polivinil spirti və xitosan kimi maddələr daxildir. Bioloji parçalana bilən materiallar müxtəlif mənbələrdən əldə edilə bilir və əsasən bioplastiklər, sellüloz, kağız və karton, dəniz yosunu və göbələk kimi növləri var.
Bioloji materiallardan hazırlanmış qablaşdırma materialları E.coli, listeria və göbələkləri məhv etməklə qida məhsullarını daha uzun müddət təzə saxlamaq xüsusiyyətinə malikdir. Ənənəvi plastik qablaşdırma materialları ilə müqayisədə bioloji parçalana bilən materialların parçalanaraq ətraf mühitə və qida məhsullarına zərərli kimyəvi maddələr yaymaq ehtimalı yoxdur.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş