Daşınma zamanı qida məhsullarının çirklənməsinin qarşısını necə almaq olar?
31 Avqust 2023 14:49
Qida məhsullarının daşınması və çatdırılması zamanı mal qonşuluğu prinsipinə və qablaşdırmaya xüsusi diqqət yetirilməklə çirklənmə riskləri minimuma endirilməlidir. Həmçinin qida məhsulları çatdırılma zamanı zərərvericilər, ətraf mühitdən daxil olan yağıntı və ya digər mənbələr vasitəsilə çirklənmədən mühafizə olunmalıdır. Bu təcrübədən bir sıra xarici ölkələrdə geniş istifadə edilir və müsbət nəticə əldə olunur. Həmin ölkələrdə həm də müəyyən edilib ki, bir-birinə uyğun olmayan qida məhsullarının birgə daşınması nəticəsində müxtəlif problemlər yaranır. Bu problemlərin qarşısını almaq üçün istehlaka hazır qidalar çiy məhsullardan, kimyəvi maddələr və qeyri-ərzaq məhsulları isə qida məhsullarından ayrı daşınmalıdır. Eləcə də qırılma riskini azaltmaq üçün şüşə və digər belə qablarda olan qida məhsulları digər qida məhsulları ilə birlikdə aparılmamalıdır.
Qeyd edək ki, qida məhsulları bioloji, kimyəvi və fiziki çirkləndiricilər vasitəsilə çirklənir. Bu çirkləndiricilər isə qida mənşəli yoluxucu xəstəliklərə səbəb olur. Bioloji çirklənmə qida məhsullarının hazırlanması, qablaşdırılması və çatdırılması zamanı qidanın düzgün saxlanmaması nəticəsində baş verə bilər. Qida məhsulları təmizləyici və şəxsi gigiyena vasitələri, eləcə də bu kimi digər qeyri-ərzaq məhsulları ilə eyni çantada daşındıqda kimyəvi çirklənmənin baş verməsi mümkündür. Qida məhsulları müvafiq qaydada qablaşdırılmadıqda və ya xarici mühitdən qorunmadıqda isə fiziki çirklənmənin baş verməsi istisna edilmir.
Onu da bildirək ki, çirklənmənin qarşısının alınması qida təhlükəsizliyinin əsas şərtlərindəndir.
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
İstifadəyə yararsız pestisidlər dövriyyədən çıxarılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan rayonu, Qarabağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Balasəf oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nəzarət tədbiri keçirib. Ticarət obyektində istehsal və son istifadə müddəti qeyd olunmayan, qeydiyyata alınmayan, istifadəsi qadağan olunmuş və müddəti bitmiş məhsullar aşkarlanıb. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, istifadəyə yararsız “Lamd-il-T 5 EC”, “Lambd-il-T 5 EC” və “Alfatoks 100 EC” əmtəə nişanlı insektisid, “Fundazol Plus 50%”, “Alfostar 80% WP” və “Thiram Forte 80% WP” əmtəə nişanlı fungisid məhsullarının dövriyyədən çıxarılmasına dair qərar qəbul edilib.
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş