Hipertoniya ilə mübarizədə duz istehlakına diqqət!
22 İyul 2025 14:22
Hipertoniya ilə mübarizədə natriumun, yəni duzun gündəlik istehlak miqdarına nəzarət xüsusi əhəmiyyət daşıyır. Hipertoniya xəstələri gündəlik həyatda bir neçə qaydaya əməl etməklə duz istehlakını azalda bilər.
- Yeməkləri dadlandırmaq üçün duz əvəzinə sumax, kəklikotu, sarımsaq tozu, sarıkök, reyhan qurusu kimi ədviyyatlardan istifadə edə bilərsiniz;
- Konservləşdirilmiş, hisə verilmiş, duzlanmış, sosiska, kolbasa kimi emal olunmuş qidalardan imtina etmək tövsiyyə olunur;
- Məhsul alarkən, etiket məlumatlarına diqqət edin, daha az duzlu olanlara üstünlük vermək məsləhət görülür;
- Yeməklərin dadına baxmadan duz əlavə etmək gündəlik natrium istehlakını artıra bilər.
Unutmayın: Hipertoniya xəstələri üçün gündəlik natrium qəbulu 1500 mg-dan az olmalıdır. 1 çay qaşığı adi duz 2000 mg natriuma bərabərdir.
AQTA tərəfindən mövzu ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş