Məktəblilərin Qidalanması - "Sözdən əmələ keç, sağlam qidalanmanı seç!"
19 Sentyabr 2025 12:03
Məktəb illəri uşaqların gələcək həyat tərzini, xüsusən də qidalanma vərdişlərini formalaşdırır. Bu dövrdə ailə, məktəb və sosial mühit onların qida seçimlərinə təsir edir.
Təəssüf ki, bir çox məktəbli meyvə-tərəvəz əvəzinə fast-food, şirniyyat və qazlı içkilərə üstünlük verir ki, bu da artıq çəki və ümumi sağlamlıq problemlərinə səbəb yaradır.
Araşdırmalar göstərir ki, uşaqlıqda sağlam qidalanma vərdişləri böyüdükdə də davam edir. Buna görə valideynlər uşaqların menyusuna meyvə, tərəvəz, zülallı məhsullar və sağlam içkilər əlavə etməklə onların həm təhsil uğurlarına, həm də sağlam gələcəyinə töhfə verə bilərlər.
AQTA “Sözdən əmələ keç, sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində uşaqların sağlam gələcəyini də nəzərə alaraq addımlar atır və hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edir!
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş